Icma.az
close
up
RU
Metroda dəyişikliyə ehtiyac var: Bütün dünyada ictimai nəqliyyat dövlət subsidiyası ilə çalışır

Metroda dəyişikliyə ehtiyac var: Bütün dünyada ictimai nəqliyyat dövlət subsidiyası ilə çalışır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Bakı Metropoliteni" paytaxt sakinlərinin ən çox üz tutduğu ictimai nəqliyyat növlərindən biridir. O, 20 illik mühüm layihələrin icra edildiyi bir inkişaf dövrünü geridə qoyub. Bu illər ərzində metroda "yaşıl" və "qırmızı" xətlərdə dörd yarımstansiya tikilib, altısı tamamilə yenidən qurulub, "yaşıl" və "bənövşəyi" xətlər üzrə yeddi yeni stansiya inşa edilib. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır.

Dövlət proqramı çərçivəsində metroda yeni xətlərin, yeni stansiyaların tikintisi nəzərdə tutulub. Hazırda da metro üçün önəmli olan "yaşıl" xəttin deposunun tikilməsi, xətlərin ayrılması kimi önəmli layihələrin icrasına artıq başlanılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, görülən işlər qatarlar arasında intervalların azaldılmasına, metronun daha təhlükəsiz fəaliyyətinin təmin edilməsinə xidmət edir:

"Bakı metropoliteni əvvəl dövrün tələblərinə cavab verirdi. Lakin artıq əhali sayı artıb. Bakı özü də iri sənaye şəhərinə, turistik mərkəzə çevrilib. Özünün zəngin mədəni həyatı var, iqtisadiyyatı da artıb. Ona görə də metroda dəyişikliyə ehtiyac var. Bunlar, əsasən, infrastrukturla bağlıdır. Biz görürük ki, metropolitendə yeni tunellər, stansiyalar tikilir. Bunlar ona görə edilir ki, qatarlar arasında intervallar da azaldılsın, metro vətəndaşlar üçün daha təhlükəsiz və keyfiyyətli xidmət göstərə bilsin.

İlk növbədə, bu işlər intervalların azalmasına gətirib çıxaracaq. Bu, müsbət haldır, sərnişinlər daha az vaxt itkisi ilə üzləşəcəklər. Qatarların kəsişmə, konflikt zonaları aradan qaldırılacaq ki, bu da metronun daha təhlükəsiz hərəkətini təmin edəcək.

Bu gün ictimai nəqliyyat metro və avtobusdan ibarətdir. Taksilər burada yalnız köməkçi rolu oynayır. Ona görə ictimai nəqliyyat şaxələnməlidir. 2030-cu ilə qədər, ümid edirik ki, tramvay xətləri çəkiləcək. Hazırkı tramvay olmayan dövrdə metroda işlərin görülməsinə ehtiyac var. Metroda bu dəyişikliklər həyata keçirildikdən sonra vətəndaşların sərbəst hərəkəti daha da yaxşı təmin olunacaq".

Onun sözlərinə görə, ictimai nəqliyyata subsidiyalar artırılmalıdır:

"Bütün dünyada ictimai nəqliyyat dövlət subsidiyası ilə çalışır. İctimai nəqliyyat gəlirli sahə deyil. Bu isə normaldır. Burada əsas məqsəd ondan ibarətdir ki, dövlət özü də maraqlıdır ki, vətəndaşlar vaxtında işə gedib-gələ bilsinlər. Vətəndaşlar tıxacda qalanda, istər xidmət, istər digər sektorlarda çalışanlar işə vaxtında gedib-gələ bilməyəndə bunun iqtisadiyyata zərəri daha çox olur.

İctimai nəqliyyatda - istər metro, istərsə də avtobus seqmentində subsidiyalar artırılsa, yaxşı olar".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 Avqust 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri