Metroda interval minimuma endiriləcək 5 gün
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək WUF13 tədbiri dövründə Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, forumun Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platformada birgə fəaliyyət təmin olunacaq.
Bildirilib ki, bir sıra stansiyalarda sərnişin axınını idarə etmək üçün əlavə işçi qüvvəsi və könüllülər cəlb olunacaq, xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.
Forum günlərində qatarların hərəkət qrafikinə xüsusi düzəlişlər edilərək, pik saatlarda intervallar minimum səviyyəyə endiriləcək.
Qeyd olunub ki, tədbirlə əlaqədar Bakı metropolitenindən ödənişsiz istifadə hüququnun təmin edilməsi ilə bağlı yalnız WUF13 Əməliyyat Şirkəti ilə müvafiq əlaqəli fəaliyyət əsasında ictimaiyyətə məlumatlar təqdim ediləcək.
Baxış sayı:121
Bu xəbər 29 Aprel 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















