Metroda təmir işləri vaxtından əvvəl yekunlaşacaq? RƏSMİ CAVAB
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Metropolitenində hazırda aparılan təmir işləri ilə bağlı sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də işlərin icra müddətidir.
Təmir prosesinin vaxtından əvvəl yekunlaşdırılması və ayrı-ayrı sahələrin nəzərdə tutulan tarixdən daha tez istismara verilməsi imkanları diqqət çəkir.
Bu məsələlərlə bağlı Bakı Metropoliteni QSC-yə sorğu ünvanlanıb. Qurumdan BAKU.WS-in sorğusuna cavab laraq bildirildi ki, "Bakı Metropoliteni" QSC-də xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında tikilən yeni piyada pilləkəninin inşası son mərhələdədir. Yeni pilləkən sərnişinlərin "Cəfər Cabbarlı" və "28 May" platformaları arasında birbaşa keçidini, rahat və təhlükəsiz hərəkətini təmin edəcək:
"Pilləkən istifadəyə verildikdən sonra iki stansiya arasında keçid rolunu oynayan digər piyada pilləkənində və "Cəfər Cabbarlı-Xətai" mənzilinin müvafiq tunelində təmir işləri aparılacaq. Bununla əlaqədar "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda əsaslı təmir və yenidənqurma işləri yekunlaşdırılaraq istifadəyə veriləcək. Beləliklə, "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti dayandırılmayacaq.
Bununla yanaşı, "Cəfər Cabbarlı-Nizami" stansiyaları arasında 200 metrdən artıq iki tunelin qazıntısı davam etdirilir. Avqust ayının 15-də başlanmış işlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdu. Ötən dövr ərzində kommunikasiya xətlərinin köçürülməsi təmin edilərək, ləğv ediləcək hər iki mövcud tunel sahəsinin betonlanması başa çatdırılıb və qazıntı işləri müəyyən edilmiş qrafikə uyğun aparılır.
Bundan savayı, havalandırma şaxtası, "İçərişəhər" stansiyasının dönmə kamerasının qazıntısı, dartı tipli elektrik yarımstansiyasının inşası davam etdirilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















