Icma.az
close
up
RU
Metroda yeni dövr: Gediş haqqı məsafəyə görə hesablanacaq

Metroda yeni dövr: Gediş haqqı məsafəyə görə hesablanacaq

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödənişi sisteminin tətbiqi barədə danışıqlar aparılır. Lakin bu yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, bu cür texnoloji yeniliklərə ayrılacaq vəsait əvəzinə, qatar sayının artırılması və müəyyən sosial kateqoriyalara – tələbələrə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiqi daha məqsədəuyğundur.
Bəs həqiqətən də bizə üz tanıma sistemi lazımdırmı? Bakı metrosunda prioritet hansı tədbirlər olmalıdır? Bu sistemin beynəlxalq təcrübəsi nə deyir, oxşar texnologiyalar digər ölkələrdə uğurlu nəticə veribmi?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu cür texnologiyaların tətbiqi əslində çox müsbət yanaşmadır.
Onun sözlərinə görə, qatar və vaqonların alınması prosesi də plan üzrə davam edir:
“Burada ciddi bir ləngimə yoxdur. İşlər planlı şəkildə gedir və artıq müəyyən irəliləyişlər də var. Yeni vaqonlar, qatarlar alınır. Hətta gələcəkdə Azərbaycanda qatar və vaqon istehsal edən zavodun tikintisi ilə bağlı da müzakirələr aparılır. Bu həm Bakı Metropoliteninin, həm də dəmir yollarının fəaliyyətini xeyli asanlaşdıracaq. Beləliklə, texniki təmir, ehtiyat hissələrinin əldə edilməsi və yeni vaqonların alınması prosesi sürətlənəcək. Bu kontekstdə üz tanıma sistemi də gündəmdədir. Əslində bunu klassik “üz tanıma texnologiyası” kimi qəbul etməyə də ehtiyac yoxdur. Bu, sadəcə olaraq ödənişin yeni formasıdır. Xüsusi terminallar vasitəsilə həyata keçirilən həmin sistem artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatda tətbiq olunur”.
Müsahibimiz yaxın zamanda Portuqaliyada belə bir sistemlə qarşılaşdığını vurğulayıb:
“Hava limanında gördüyüm texnologiya sərnişinlərin keçidini xeyli asanlaşdırırdı. Artıq biletin kağız formasında təqdim olunmasına, əməkdaşın onu əl ilə yoxlamasına ehtiyac yoxdur. Terminallar üz tanıma sistemi ilə sərnişini tanıyır, sistem məlumatları qəbul edir və keçid dərhal baş tutur. Nəticədə nə növbə olur, nə də vaxt itkisi. Həm də orada hansısa bir işçinin oturub həm söhbət, həm də iş görməsi kimi vəziyyətlər aradan qalxır. Düzünü desəm, bu tip yeniliklərdə bir az nostalji hiss də var. Çünki bəzən bu texnologiyalarla bərabər insan resursları da azalır, iş yerləri itir. Amma səmərəlilik baxımından yanaşdıqda zəruri saymaq olar”.
E.Muradlı deyib ki, bu, heç də çox bahalı bir texnologiya deyil:
“Ola bilər ki, bir qatarın qiymətinə bütün metro sisteminə uyğun üz tanıma ödəniş sistemini qurmaq mümkün olsun. Belə texnologiyaları qəbul etmək lazımdır. Çünki bu, faydalı və gələcəyə yönəlik bir addımdır. Gələcək planlar arasında məsafəyə görə ödəniş sistemi də var. Yəni siz iki dayanacaq gedirsinizsə, yalnız o iki dayanacağa görə ödəniş edəcəksiniz. Beş dayanacaq gedən isə daha çox pul ödəyəcək. Bu, dəyişən qiymət rejimi olacaq və daha ədalətli bir modeldir. Hazırda, məsələn, biri “Sahil”dən minib “28 May”da düşür deyə 50 qəpik ödəyir. Digəri isə “İçərişəhər”dən minib, iki dəfə qatar dəyişir, “Avtovağzal” stansiyana qədər gedir, yenə eyni məbləği ödəyir. Bu, ədalətli deyil. Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər”.
Elməddin Muradlı onu da əlavə edib ki, gələcəkdə güzəştli istifadə imkanları da nəzərdə tutulur:
“Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və s. üçün endirimli tariflər tətbiq olunacaq. Eyni zamanda, aylıq və ya illik abunə sistemi ilə bilet alan sərnişinlər üçün də daha sərfəli qiymətlər təklif ediləcək. Bütün bunlar ümumilikdə müsbət yanaşmalardır. Bu dəyişikliklərin effektini tezliklə görəcəyik”.(global.info)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri