Icma.az
close
up
RU
Metroda gediş haqqı məsafəyə görə hesablana bilər KONKRET

Metroda gediş haqqı məsafəyə görə hesablana bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda metropoliten istifadəçiləri artıq keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş edə bilirlər. Bu addım nəqliyyatda nağdsız ödənişlərin tam tətbiqi istiqamətində mühüm mərhələ sayılır. Maraqlıdır, gələcəkdə bu sistem vasitəsilə məsafəyə əsaslanan fərdi gediş tariflərinin tətbiqi planlaşdırıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsafəyə görə ödəniş sistemi “Brutto müqaviləsi”nin tərkib hissəsi ola bilər:

“Məsafəyə görə ödəniş və fərdi gediş tarifləri gələn ilin əvvəlindən işə düşməsi planlaşdırılan Brutto müqaviləsinin tərkib hissəsi ola bilər. Burada həm günlük, aylıq bilet paketlərinin, həm də güzəştli qrupların tətbiqi nəzərdə tutulur. Lakin məsafəyə görə ödəniş sisteminin texniki tərəfləri var, sərnişin həm girişdə, həm də çıxışda validasiya etməlidir. Yalnız bu halda sistem son dayanacağa qədər hesablamanı düzgün apara bilər”.

Ekspertin sözlərinə görə, Bakı Metropoliteninin məhdud şəbəkəsi və köhnə infrastrukturu bu yeniliyin yaxın zamanda tətbiqini çətinləşdirir:

“Metronun özü 58 ildir fəaliyyət göstərir, infrastrukturun yenilənməsi və yeni xəttlərin, stansiyaların tikilməsi əsas prioritet olmalıdır. Bu layihələr tamamlandıqdan sonra məsafəyə görə tarif məsələsinə baxıla bilər. Hazırda isə daha real olan addımlar – günlük, aylıq, illik bilet paketlərinin və güzəştli qrupların tətbiqidir”.

Rauf Ağamirzəyev əlavə edib ki, məsafəyə görə ödəniş sisteminə keçid üçün bütün avtobus parkının da nağdsız ödənişə tam keçidi vacibdir:

“Bütün avtobuslarda validatorlar quraşdırıldıqdan və nağdsız sistem tam tətbiq olunduqdan sonra bu məsələyə baxmaq mümkündür. Hazırda ən aktual məsələ məhz bu keçidin tam təmin olunması və güzəştli sistemin formalaşdırılmasıdır”.

Ekspert hesab edir ki, “90 dəqiqəlik tranzit” kimi modellərin, yəni bir nəqliyyat növündən digərinə müəyyən müddət ərzində pulsuz keçidin tətbiqi daha real və yaxın perspektivli hədəf ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri