Icma.az
close
up
RU
Metropoliten və bloqerlər Vüsal Aslanov dövlət qurumunu necə idarə edir?

Metropoliten və bloqerlər Vüsal Aslanov dövlət qurumunu necə idarə edir?

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar bir sıra dövlət qurumlarında, o cümlədən “Bakı Metropoliteni” QSC-də bloqerlərin nüfuz dairələri yaranmağa başlayıb və qeyd edək ki, bu da peşəkar dairələrdə narahatlıqla qarşılanır.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov daha əvvəl bloqer Şaban İmkanini qurumun Kommunikasiya departamentinin rəisi təyin edib. Martın 29-da yerli mətbuatda yayılan məlumatda isə bildirilib ki, Şaban İmkaninin dostu Cavid Nəsrullah Kommunikasiya departamentinin rəis müavini təyin olunub.

İmkan Şabaninin peşəkar fəaliyyət dairəsi aktyorluqdur, Cavid Nəsrullahın da peşəkar fəaliyyət sahəsi kommunikasiya sahəsi deyil.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov daha əvvəl Azərbaycan Dəmir Yolları QÇS-də sədr müavini olan vaxtlardan bloqerlər AYD-də müxtəlif vəzifələrdə çalışmağa başlayıblar.

Ümumiyyətlə, son zamanlar Azərbaycanda bloqerlərin ictimai təsirlərinin artması müşahidə olunur və bu fonda xüsusi peşəkarlıq tələb olunan sahələrə bloqerlərin təyin olunması bir sıra suallar doğurur. Xüsusilə sosial şəbəkələrdə bir sıra hərəkətləri ilə insanların diqqətini cəlb etmiş şəxslərin dövlət qurumlarında çalışmaya başlamaları Azərbaycanda daha çox tendensiyalaşmaqdadır. Bu baxımdan mövzu artıq cəmiyyətin problemi kimi görünməkdədir.

Bəs təyinatlar hansı prinsiplər əsasında həyata keçirilir və bloqer olaraq tanınan Ş.İmkaninin, o cümlədən C.Nəsrullahın peşəkarlıq səviyyəsi metropoliten üçün nə qədər qane edicidir? Digər tərəfdən bu təyinatlar ictimaiyyətdə “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun kadr siyasətində dostluq prinsiplərinin peşəkarlıq prinsiplərindən önə çıxarması kimi dəyərləndirilir.

Mövzunun aktuallığığnı nəzərə alaraq Poliqon-un əməkdaşı müstəqil jurnalist, sosioloq Elçin Elçin Bayramlının bu yeni tendensiyaya münasibətini öyrənib.

Dövlət qurumlarında peşəkar səviyyəyə deyil, daha çox şəxsi münasibətlərə üstünlük verilməsinin adi hala çevrildiyinə diqqət çəkən sosioloq Poliqon-a açıqlamasında qeyd edib ki, bəzi məmurlar cəmiyyəti acınacaqlı hala salmaqda məqsədlərinin nə olduğunu açıqlasalar yaxşı olardı:

“Bəri başdan deyim ki, bu böyük rüsvayçılıqdır. Əgər dövlət orqanları kadr siyasətində bu cılız şou proqramlarında üzə çıxan şəxslərə üstünlük verirlərsə, artıq demək ki, problem ciddidir. Çünki artıq dövlət qurumları özlərinə bloqer deyən və peşəkar səviyyəyə sahib olmayan şəxsləri cəmiyyətə örnək kimi göstərib, irəli çəkirlər.

Ümumiyyətlə bloqerlik anlayışı bütün dünyadan fərqli olaraq Azərbaycanda tamam başqa cürə qavranılıb. Bütün dünyada bloqerlik təxminən 30 ildir ki, inkişaf edir və bu daha çox xobbi üzərində formalaşan bir yaradıcılıq formasıdır. Digər tərəfdən isə bloqerlik həm də elm adamlarının, həkimlərin və s. mütəxəssislərin öz bilik və təcrübələrini paylaşmaq, öz fikirlərini, elmi araşdırmalarını, bu kimi məlumatları insanlara çatdırmaq məqsədi daşıyır. Yəni bloqerlər insanlara faydalı, məlumatlandırıcı xidmətlər göstərirlər.

Bizdə isə bloqerlik anlayışı tamamilə başqa bir anlam daşıyır. Azərbaycanda bloqerlik sahəsinə daha çox heç bir savadı, qabiliyyəti, mədəniyyəti, səviyyəsi olmayan şəxslərin sadəcə sadə məişət mövzuları, dezinfeksiya, biabırçı hərəkətlərlə kütləvi maraq toplamağa hesablanmış fəaliyyətlə məşğul olan şəxslər aid edilir ki, bu da bizim ictimai şüurumuzun lazımı səviyyədə inkişaf etməməsindən xəbər verir. Bir neçə nəfər istisna olmaq şərti ilə, özlərinə bloqer deyən bu şəxslərin heç birinin heç bir sahədə bacarıq və qabiliyyətləri yoxdur. Bu şəxslər sadəcə ucuz şou nümayiş etdirərək yaxşı imkan əldə ediblər. Belə hallar adətən yetkin olmayan cəmiyyətlərdə olur və savadsız adətən kütlənin başına ip salıb fırladırdırlar. Bu baxımdan Azərbaycanda bloqerlərin böyük əksəriyyəti düşük fəaliyyətləri ilə yüz minlərlə baxış toplayıb, pul qazanıb, məşhurlaşdırlar.

Tək-tük bloqerlər var ki, həqiqi mütəxəssislərdir, elmi fəaliyyətlə məşğul olan şəxslərdir və cəmiyyəti maarifləndirməyə çalışırlar. Onlar faydalı məlumatlar paylayışırlar. Onlar cəmiyyətə faydalı olmaqla, təmannasız fəaliyyət göstərirlər.

Qalanları isə dediyim kütlədir. Onların cəmiyyətdə örnək göstərilməsi isə biabırçılıqdır. Bu örnəyin dövlət səviyyəsinə qaldırılması isə, ümumiyyətlə rəzalətdir.

Azərbaycanda yüzlərlə, minlərlə intelektual mütəxəssislər, jurnalistlər var ki, qəpik-quruş maaşla az qala acından ölürlər. Elmi fəaliyyətlə məşğul olan yüzlərlə, minlərlə şəxs var ki, qəpik-quruş maaşla böyük sıxıntı içində yaşayırlar. Peşəkar mütəxəssislər var ki, iş tapa bilmirlər. Onlara heç bir qayğı, dəstək yoxdur. Bayağı işlərlə məşğul olub məşhurlaşan bloqerləri isə irəli çəkir, onlara dövlət qurumlarında vəzifələr verirlər. Sanki məqsədli şəkildə, hansısa fon daxilində sırf belə şeylər təbliğ olunur. Yəni, sanki gənclərdə bayağılığa, qeyri-ciddiliyə bilərəkdən maraq yaradılır.

Elçin Bayramlı: “Peşəkar mütəxəssislər var ki, iş tapa bilmirlər. Onlara heç bir qayğı, dəstək yoxdur. Bayağı işlərlə məşğul olub məşhurlaşan bloqerləri isə irəli çəkir, onlara dövlət qurumlarında vəzifələr verirlər”.

Buna həm kütlə dəstək verir, həm də müəyyən bir məmurlar da buna dəstək verir. Bu şəxslər nümunə gətirilir, digər gənclər də buna həvəslənir. Onlara təlqin olunur ki, elmlə, yaradıcılıqla, hansısa bir sahədə peşəkarlıqla, biznes fəaliyyəti ilə qabağa getmək üçün əziyyət çəkmək lazım deyil, uğurlu insan ola bilmək üçün bayağı bloqer olmaq da yetərlidir. Yəni daha asan yollarla, səviyyəsiz mövzularla, söhbətlərlə kütlə toplayıb, məşhur olmaq, pul qazanmaq olar. Gənclərin beyninə bu yeridirlir.

Bu baxımdan bu addımlar həqiqi biabırçılıqdır. Əgər bu adamlar həqiqi mütəxəssislər istəyirlərsə, mənə müraciət etsinlər, mən ən azı onlara 10 min yüksək intellektə malik istənilən sahədən olan şəxslər göstərərəm. Bu cür şəxlər ya işsizdirlər, ya da qəpik-quruş maaşa işləyirlər.

Dövlət qurumlarında peşəkar səviyyəyə deyil, daha çox şəxsi münasibətlərə üstünlük verilməsinin adi hala çevrilməsi yeni hal deyil. Lakin bəzi məmurlar cəmiyyəti acınacaqlı hala salmaqda məqsədlərinin nə olduğunu açıqlasalar yaxşı olardı. Ona görə də mən düşünürəm ki, belə hallara qarşı ictimai qınaq olmalıdır. Onlar biabır olmalıdır. Belə bir müqavimət cəmiyyətdə olmalıdır ki, onlar faydalı işlərə məşğul olmaq lazım olduğunu bilsinlər.

Amma həmin şəxslər kadr olaraq doğrudan peşəkardırlarsa və vəzifəyə təyin olunarkən də məhz peşəkarlıq səviyyəsi diqqətə alınıbsa, bu normal ola haldır. Amma çox təəssüf ki, belə hallar nadir olur. Normal cəmiyyətdə başqa cür ola bilməz. Hər sahədə yalnız bacarıqlı, istedadlı şəxslər irəli çəkirlər və bu da işin keyfiyyətinə təsir göstərən əsas faktordur.

Çox təəssüf ki, dövlət orqanlarını cəmiyyətə yararlı olan addımlar atmaqdansa, gənclərə pis nümunə olacaq belə kadr siyasətinə qol qoyurlar. Buna görə də, onlara qarşı daimi tənqidi münasibət, ictimai qınaq olmalıdır. Xüsusən də media bu şəxsləri biabır etməlidir.

Onlara başa salmaq lazımdır ki, cəmiyyətin aparıcı intelektual qüvvəsi jurnalistlərdir, bloqerlər deyil. İnformasiya məkanına hakim peşəkar jurnalistlərdir ki, onların təhsili, informasiya bazası var.

Mən bir daha təəssüf hissi ilə qeyd edirəm ki, bizim ölkədə bloqerlik ən aşağı bir səviyyədir, bir neçə istisnaları çıxmaq şərti ilə bu belədir və belə bloqerlərin təcrübələrindən dövlət qurumlarının istifadə etməsi acınacaqlı vəziyyət yaradır.

Qeyd edək ki, mövzu ilə bağı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq. Sorğumuza cavab alarsaq, qarşı tərəfin mövqeyini dərc edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see143

Almaxanım ana oldu

04 İyul 2025 15:22see138

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see136

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see122

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see121

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see121

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see120

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see117

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see117

Sabahın hava durumu: Külək güclənəcək, yağış yağacaq

04 İyul 2025 14:16see116

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see116

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see115

İzmirdə meşə yanğınları davam edir İnsanlar təxliyə edilir + VİDEO

04 İyul 2025 11:06see114

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see114

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri