Icma.az
close
up
RU
Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH

Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Zəngəzur dəhlizi Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün regional sabitlik, əlaqəlilik və ortaq rifah üçün mühüm katalizator ola bilər.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza danışıb.

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin fəaliyyəti təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də mühüm iqtisadi imkanlar yaradacaq: “Tam razıyam ki, bu dəhliz Ermənistan üçün də çox müsbət təsir göstərəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü Ermənistanı regional iqtisadi sistemə yenidən bağlayacaq və birbaşa Azərbaycan və Türkiyə ilə əlaqələndirəcək. Bu da təkcə ABŞ-dan deyil, digər ölkələrdən də investorları cəlb edəcək. Düşünürəm ki, əsas investisiya məhz Türkiyədən gələcək. İstanbulda yaşadığım üçün buradakı dostlarım arasında bu dəhlizə böyük maraq görürəm”, - deyə ekspert bildirib.

Metyu Brayza qeyd edib ki, ABŞ şirkətləri də Zəngəzur dəhlizində müəyyən dərəcədə iştirak edəcəklər, lakin regionda əsas rolun yerli və regional investorların üzərinə düşəcəyi ehtimal olunur: “ABŞ investorlarının rolu, yəqin ki, nisbətən kiçik olacaq, çünki coğrafi baxımdan Avropa şirkətləri regionla daha sıx əlaqəlidir. Amma nəqliyyat və infrastruktur sahəsində ABŞ şirkətlərinin iştirakı çox əhəmiyyətlidir. Bu, Cənubi Qafqazda əməkdaşlığın yeni mərhələsinə yol aça bilər”.

Ekspert qeyd edib ki, ABŞ-ın bu prosesə töhfəsi yalnız investisiya ilə məhdudlaşmamalıdır: “Vaşinqton regionda sabitlik və əməkdaşlığın güclənməsi üçün diplomatik və texnoloji dəstək verə bilər. Əgər Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələr birgə fəaliyyət göstərə bilsələr, bu, bütün regionun inkişafına xidmət edəcək”.

Hazırkı qlobal şəraitdə enerji, nəqliyyat və ticarət sahələrində ABŞ-Azərbaycan əməkdaşlığının irəliləməsi barədə suala cavabında Metyu Brayza qeyd edib ki, ABŞ-Azərbaycan tərəfdaşlığı artıq strateji xarakter daşıyır və onu daha da dərinləşdirmək üçün mühüm potensial mövcuddur: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü iqtisadi islahatlar və investisiya mühiti bu əməkdaşlığın inkişafı üçün əsas amildir. İqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və digər nazirlər Azərbaycanın investisiya cəlbediciliyini artırmaq istiqamətində ardıcıl iş aparırlar. Bu, ABŞ biznesi üçün çox önəmlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır: “Hazırda bərpaolunan enerji layihələrində Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri fəaldır. ABŞ şirkətləri hələlik bu sahəyə daxil olmayıblar, amma mən inanıram ki, yaxın illərdə bu dəyişəcək. Azərbaycanın “Green Energy Company” kimi özəl şirkətləri də külək və günəş enerjisi üzrə xarici tərəfdaşlarla işləməyə maraqlıdır”.

Metyu Brayza bildirib ki, əsas məqsəd ABŞ və Azərbaycanın iqtisadi əlaqələrini yalnız enerji sektoru ilə məhdudlaşdırmadan genişləndirməkdir: “Əsas məsələ elə layihələr tapmaqdır ki, onlar ABŞ, Avropa və Yaponiyadakı alternativ investisiya imkanlarından daha cəlbedici olsun. ABŞ üçün əsas odur ki, Azərbaycan iqtisadiyyatı sabit, açıq və islahatlara əsaslanan şəkildə inkişaf etsin. Bu halda investisiyanın artması təbii olacaq. Əhəmiyyətli olan investisiyanın hansı ölkədən gəldiyi deyil, onun regionda sülh, sabitlik və rifah yaratmasıdır. ABŞ, Avropa və Türkiyə şirkətləri bu prosesdə birgə iştirak etməklə Cənubi Qafqazda uzunmüddətli inkişaf üçün real əsas formalaşdıra bilərlər”, - deyə Metyu Brayza vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri