Meydanların səmimi qəhrəmanı: Elvin niyə Başuvaaa dedi? Mem olan ifadənin TARİXÇƏSİ
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarabağ“ın müdafiəçisi Elvin Cəfərquliyevin bu hərəkəti sosial mediada gündəm olub.
Onun Çempionlar Liqasında “Ayntraxt Frankfurt”la oyundan sonra aparıcının əlindən mikrafonu alıb, “Başuvaaa” deməsi müzakirələrə səbəb olub.
Bəs, Elvin Cəfərquliyev bu sözü niyə deyib? “Başuva” nə deməkdir? Necə olub ki, bu söz sosial mediada memə çevrilib və Çempionlar Liqasına qədər gedib çıxıb?
Sportal.az Oxu24.com-a istinadən xəbər verir ki, Şirvan şəhərində dönər satan Şahin adlı usta müştərilərinə “Başına dönərəm” deyərək videolar paylaşmağa başlayıb. Şirvan ləhcəsində danışan dönərçi Şahin ustanın müştərilərlə səmimi söhbətləri onu sosial şəbəkələrdə məşhurlaşdırıb.
Şahin ustanın Şirvandakı dönərxanası da “Başuva dönərəm” adlanır.
Əksər videolarda usta "başuvaaa" deyərək paylaşım edib.Sözügedən ifadə də buradan yayılıb və sosial mediada trend olub.
Qeyd edək ki,Elvin Cəfərquliyev 26 oktyabr 2000-ci il tarixdə Bakı şəhərində anadan olub.
Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisidir. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin 2024-cü il tarixində açıqladığı məlumata görə,futbolçunun dəyəri 1,8 milyon manatdır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















