Icma.az
close
up
RU
Şokoladın sirli tarixçəsi

Şokoladın sirli tarixçəsi

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

İndiki dövrdə şokolad sevməyən insan yəqin ki, çox az tapılar. Təbii kakaodan hazırlanan şokoladın qəbulu əhval-ruhiyyəni yaxşılaşdırır, stressi və narahatlığı götürür, hətta xoşbəxtlik hormonu olan endorfin ifrazına belə, səbəb olur. Əlbəttə, söhbət əsl kakao yağından hazırlanan təbii şokoladdan gedir. Təəssüflər olsun ki, müasir kapitalizmdə ən aparıcı ölkələrdə belə, qida sənayesinin istehsal etdiyi şokolad məmulatlarının böyük əksəriyyəti sintetik maddələrdən hazırlanır. Təbii kakaodan hazırlanan natural şokoladlar isə hər kəsin cibinə uyğun deyil.

Bəs, süfrələrimizdən əskik olmayan sevimli şokoladın tarixçəsi haqqında nə bilirik? 

Məlumunuz olsun ki, şokolad mədəniyyətinin kökü Amazon meşələrinə gedib çıxır. Qida kimi istifadə olunan ən qədim kakao qalıqları keçmiş dövrlərdə Meksika ərazisində yaşayan Olmek qəbilələrinə aid keramik qablarda tapılıb. Daha sonra kakao bitkisindən istifadə olmeklərdən Mayya xalqına keçib. Kakaodan hazırlanan soyuq içki o qədər bahalı, ələdüşməz bir nemət sayılıb ki, onu “tanrıların hədiyyəsi” adlandırıblar. Hətta Mayya tanrılarının arasında xüsusi kakao tanrısı “Ek Çuaxa” da var idi. Odur ki, tarixdə ilk kakao plantasiyalarını Mayya qəbilələri yaratmışdılar.  

Mayyalılar kakaonu yüksək qiymətləndirir və hətta ondan pul vahidi kimi istifadə edirdilər. Təsadüfi deyil ki, Ek-Çuaxa tanrısı həm ticarətin, həm də kakaonun hamisi sayılırdı. Kakao içkisindən nikah məclislərində, eləcə də dəfn mərasimlərində geniş istifadə olunurdu. Kakao toxumlarından hazırlanan içkinin rəngi qırmızı olduğundan hindular onu insan bədənində dövr edən, müqəddəs bildikləri qanla eyniləşdirirdilər.

Mayyalılar kakao içkisinə ədviyyat, çili bibəri, bəzən də  qarğıdalı unu əlavə edirdilər. Bu məhsuldan əsasən xalqın seçilmiş nümayəndələri:  kahinlər, qəbilə başçıları və döyüşçülər istifadə edirdilər. Kakao içkisi, bir qayda olaraq, soyuq içilirdi.

Bu möcüzəvi şokolad içkisi mayyalılardan sonra başqa bir hindu tayfası olan Azteklər tərəfindən də istifadə edilməyə başladı. Lakin içkinin acılığı Aztek hökmdarı  Montesumun xoşuna gəlmədi. Ona görə də hökmdarın istəyi ilə kakao içkisinin tərkibində dəyişiklik edildi. Azteklər kakao içkisinə bal və aqava meyvəsinin şirin şirəsini əlavə etməyə başladılar. Bu cür yeni qatqılara görə tərkibi dəyişərək qatılaşan kakao içkisi müasir isti şokoladın dadına daha yaxın idi.

Tarixdə deyilir ki, hinduların bu müqəddəs içkisi barədə məlumatlanan ilk avropalı şəxs, məşhur səyyah Xristofor Kolumb olmuşdu. 1502-ci ildə Gayana adasına səyahət edən Kolumbu ada sakinləri ilk avropalı qonaq kimi qəbul edir və qonaqpərvərliyin göstəricisi olaraq onu müqəddəs kakao içkisi ilə qarşılayırlar. Hinduların hazırladığı  kakaonu içən səyyah bu məcnunun qeyri-adi dadına heyran olur. O, yerli sakinlərdən bu içkinin necə hazırlandığını, kakao bitkisinin harada bitdiyini soruşaraq  özü üçün çoxlu əlavə məlumat toplayır. Adaya dördüncü səyahətindən sonra Kolumb nəhayət ki, hinduların müqəddəs saydığı kakao toxumlarını əldə edə bilir və onu ispan kralı Ferdinanda çatdırır. 

1519-cu ildə Meksikanı işğal edən ispaniyalı Hernan Kortes də kakao içkisinin dadına baxır. İçki onun çox xoşuna gəlir. Yerli hindulardan içkinin reseptini istədikdə, hindular “bu tanrıların içkisidir, onun sirrini aça bilmərik” deyə cavab verirlər. Kortes, müqəddəs içkinin hazırlanma sirrini asanlıqla vermək istəməyən hindu başçısına  işgəncə verdirərək resepti öyrənməyə nail olur. Beləliklə, kakao içkisi İspaniyaya da gedib çıxır. Sonralar ispanlar müqəddəs içkinin tərkibini bir qədər dəyişərək çili bibərini vanillə əvəz edir, ona fındıq əzməsi və şəkər də qatırlar. Müqəddəs hindu içkisi tədricən öz tərkibini dəyişərək “isti şokolad” adı altında bütün Avropa ölkələrində yayılmağa başlayır. Və beləcə, 1657-ci ildə Londonda ilk "Şokolad evi" açılır. Bu içkinin satışından yaxşı gəlir əldə etdiklərinə görə avropalılar kakaonu “qəhvəyi qızıl” adlandırırdılar. Beləliklə, şokoladlı içki  ingilis mədəniyyətinin xüsusi elementlərinin birinə çevrilir. 

Missioner Bernardino de Saqun (1547–1577) özünün “Yeni İspaniyanın ümumi tarixi” əsərində kakao haqqında yazırdı: “Onu təzə-təzə çox içən adamın şüuru qarışır. Əlbəttə, məcnunun bu cür qəbul olunması adamı haldan-hala salır və onu məst edir. Bu içkini çox qəbul etsən o, səndən üz çevirər, ürəyini titrədər, səni dəli vəziyyətinə gətirib çıxarar. Ancaq onu təmkinlə, normada içsən, həddi aşmasan gücünə  güc qatar, səni təravətləndirər. Bu içki, eyni zamanda daxili gərginliyi götürür, sakitləşdirir və insanı sərtlikdən yumşaqlığa endirir”.

Beləliklə, İspaniya tezliklə kakao paxlasının ən böyük idxalçısına çevrilir. Hindu möcüzəsi tədricən digər Avropa ölkələrinə,  Mərkəzi Amerikadan kakao gətirməyə başlayan Fransa və İtaliyaya da yayılır. Məhsul hər dəfə ölkədən-ölkəyə keçdikcə orijinal resept dəyişikliklərə məruz qalır. İçki soyuqdan istiyə, acıdan şirinə (darçın və şəkər əlavə edilməsinə görə) doğru təkamül edir.  Beləliklə şokolad qədim bütpərəst kult obyektindən Avropa delikatesinə çevrilir. 

Hələ elektrik çarxların meydana çıxmasına qədər, fəhlələrin dən üyüdüb un almaq üçün əllə fırladığı dəyirman çarxları uzun müddət  kakao paxlalarını emal edərək şokolad istehsalına hazırlayırdı.  Şokolad dünyasında əsaslı inqilabı hollandiyalı van Houten ailəsi həyata keçirdi. Belə ki, 1828-ci ildə onlar qovurulmuş kakao paxlasından yağ çıxarmaq üçün güclü pres aparatı icad edərək patentləşdirdilər. Kakaonun yağını presləyib çıxardıqdan sonra sıxılmış cecəsini qurudaraq üyüdüb toz halına gətirdilər. Alınan yağsız kakao tozu suda və ya süddə asanlıqla həll olundu. Xarakterik acı dadından xilas edilən məhsulu yeməkdə də istifadə etməyə başladılar.  Və nəhayət, həmin kakao ununu yenidən kakao yağı və başqa məhsullarla qarışdıraraq bu gün bildiyimiz formada şokolad əldə etdilər. 

İlk şokolad çubuğu 1847-ci ildə “JS Fry & Sons” kompaniyası tərəfindən istehsal edilmişdir. Daha sonra südlü şokoladın orijinal resepti isveçrəli Daniel Peter tərəfindən hazırlanmışdır. Getdikcə sevilən və populyarlaşan şokolad məhsulu 19-cu əsrin sonlarına doğru nadir məhsul statusunu itirərək  kütləvi şəkildə istehsal olunmağa başladı. 
20-ci əsrdə isə kakao və onun emal məhsullarından istifadə müxtəlifliyi hədsiz dərəcədə çoxaldı. Doğrudur, şokolad artıq, ilk vaxtlarındakı kimi qeyri-adi, möcüzəli nemət sayılmasa da, öz zərif estetikasını və cazibəsini hələ də qoruyub saxlamaqdadır.  
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see368

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see218

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see216

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see188

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see185

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see183

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see175

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see170

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see164

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see163

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see163

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see161

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see159

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see157

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see152

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see148

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri