Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Rəşad Sadıqov: Yeganə narahatlıq bəzi meydanların vəziyyətidir

Rəşad Sadıqov: Yeganə narahatlıq bəzi meydanların vəziyyətidir

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Yoxlama matçında "Şamaxı"ya 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis komandanın çempionata hazırlığınl qiymətləndirib.

- Bu, yeni mövsümdən əvvəl son yoxlama oyunu idi. Komandanızın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bizim üçün mövsüm avrokuboklarda başladı, indi isə bir yoldaşlıq oyunu keçirdik. Ona görə də hazırkı vəziyyətimiz haqqında tam hazırıq demək doğru olmaz. Özünüz də görürsünüz ki, müəyyən analizlər aparırıq. Ümumilikdə komanda hazırdır, sadəcə, zədəlilərimiz çoxdur. Belə ki, bu oyunda daha iki futbolçu zədələndi. Bu, təəssüf doğurur. “Araz-Naxçıvan”la oyunumuz avqustun 18-də olacaq, yəni qarşıda hələ 9 gün var. Mövsümə yaxşı başlamağa çalışacağıq. Baş məşqçi olaraq anlayıram ki, favoritlərdən biri ilə qarşılaşacağıq. Başqa rəqiblə görüşmək daha yaxşı olardı.

- Hücum xəttinə daha bir forvard transfer etmək planlaşdırılırmı?

- Xeyr, planlaşdırılmır. Bizdə Davit Volkov, Yegor Boqomolski, Abdul-Aziz Batibie var.

- Zədəlilərin vəziyyəti necədir?

- Açığını deyim ki, Abdul Azizin zədəsi bizi çox qorxutdu. Sabah səhər vəziyyəti dəqiq bilinəcək. Yeganə sağlam mərkəz müdafiəçimiz Elçin Əlicanov da zədələndi. İlk turun oyununa qədər vaxt var, görək kim sağalıb hazır olacaq. Ruan Renato dünənki məşqdə burnunu sındırdı – bu, gözlənilməz idi. Bəzi futbolçular, məsələn, İssa Cibrilla, “Hayduk”la oyunda zədəli çıxış etdilər. Onları əvəzləmək imkanı yox idi. Ruana əməliyyat lazım deyil, gips qoyulub. Bir neçə məşqi buraxacaq. Brahim Konate kimi bəzi zədəlilər isə daha uzun müddət meydandan kənarda qalacaqlar.

- Mətbuatda sponsorun kluba kifayət qədər vəsait ayırmadığı, buna görə də istədiyiniz transferləri reallaşdıra bilmədiyiniz barədə məlumat yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Təkcə futbol ictimaiyyətində deyil, ümumiyyətlə, insanlar bəzən yerli-yersiz söhbətlər edirlər. “Niyə filan futbolçunu almadınız, niyə bu oyunçunu gətirmədiniz?” – deyə. Biz komandanı əzbər tanıyırıq. Strategiyamız, siyasətimiz bəllidir və bu illərdir belədir. Bu yay da mövcud imkanlara və strategiyamıza uyğun mövqelərə transfer etdik. Sadəcə, əvvəllər heç kim diqqət etmirdi ki, biz əsasən bizdən aşağı mövqe tutan komandalardan futbolçu alırıq. Daha iddialı klublardan oyunçu gətirməyimiz isə nadir hallarda olub. Ona görə də problemimiz yoxdur.

- İki mövsümdür ardıcıl olaraq “Zirə” gümüş medal qazanır, amma yeni mövsümdə bu ənənəni davam etdirmək daha çətin olacaq. Razısınızmı?

- Əvvəlki iki mövsümdə gümüş medal qazanmaq da çətin idi. Heç kim əvvəlcədən bunu bizdən gözləmirdi. Ola bilsin ki, bu dəfə də bizə inam azdır. Əsas məsələ komandanın hazırlığı və göstərəcəyi performansdır. Nəticədə biz öz oyunumuzu düşünürük. Yeni mövsümdə təkcə ikinci yer uğrunda yox, “altılıq” uğrunda mübarizə də çətin olacaq. Bütün komandalar iddialıdır. Bütün oyunlar gərgin keçəcək. Yeganə narahatlıq bəzi meydanların vəziyyətidir, bunu ötən mövsümün sonunda da demişdik. Mətbuatdan da izləyirik. Fikrimcə, meydanlar komandalara böyük təsir göstərəcək.

- “Şamaxı” ilə oyunda dubl komandadan futbolçular da meydana çıxdı. Onların səviyyəsindən razısınızmı? İlk komandada çıxış etmələri mümkündürmü?

- 3-4 futbolçu var ki, onları yaxından izləyirik. Bəzilərini toplanışa dəvət etmişdik. Ancaq ciddi şəkildə irəliləyiş etməlidirlər. Əgər bunu bacarsalar, əsas komanda oyunlarında da görə bilərik.

- Premyer Liqa komandalarının bəziləri süni örtüklü meydanlarda oynayır. Bu sizi narahat edirmi?

- Düzünü desəm, bu məqam məni çox narahat edir. Mövsüm ərzində, məsələn, bizi Tovuza, Gəncəyə bir neçə səfər gözləyir. Kimlərsə evində oynamayacaq və biz onlara ümumiyyətlə getməyəcəyik. Necə olacağını bilmirəm. Amma çempionatda gərgin mübarizə olacağını bilirik.

- Yeni transfer Namik Ələsgərovun hazırkı vəziyyəti necədir?

- O, iki ay komandasız qalıb. Buna görə də vaxt lazımdır. Hazırda zalda məşq edir, tədricən formaya düşəcək. Amma rəsmi oyunlarda yəqin ki, millinin oyunları üçün olan fasilədən sonra meydana çıxacaq.

- Rafael Utziq barədə bir yenilik varmı? Siz onu 6 həftəlik cəzalandıracağınızı demişdiniz…

- Yox, 6 yox, 4 həftəliyinə dubl komandaya göndərəcəyik. Hələlik heç bir dəyişiklik yoxdur.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Avqust 2025 01:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri