Icma.az
close
up
RU
Azərbaycanlı kriminal avtoriteti kim öldürüb? KONKRET

Azərbaycanlı kriminal avtoriteti kim öldürüb? KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ukraynanın Zaporojye şəhərinin rayon məhkəməsi Azərbaycan vətəndaşı Vüqar Ağayevi həmyerlisi, “Sarvan” ləqəbli kriminal avtoritet Sarvan Cəfərovun qəsdən öldürülməsi ittihamı üzrə təqsirsiz hesab edib. O, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub.

KONKRET.az lentaz-a istinadən xəbər verir ki, hökm 2026-cı il mayın 25-də hakim Nikolay Fetisovun sədrliyi ilə Tamara Barulina və Natalya Novikovanın daxil olduğu hakimlər kollegiyası tərəfindən çıxarılıb.

Söhbət 2020-ci il fevralın 22-də axşam saatlarında Zaporojyenin Nijnyaya Xortitsa rayonunda baş vermiş qanlı hadisədən gedir. Həmin vaxt naməlum şəxs 52 yaşlı Sarvan Cəfərova evinin yaxınlığında hücum edərək ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı Cəfərov hadisə yerini tərk edərək “Vitas” kafesi istiqamətində qaçmağa çalışıb, lakin yolda huşunu itirərək yerə yıxılıb. O, təcili tibbi yardım avtomobilində həyatını itirib.

İstintaq Sarvan Cəfərovun qətlində Vüqar Ağayevi ittiham edib. Uzun illərdir şəhərin ərzaq bazarında mövsümi tərəvəz satışı ilə məşğul olan Ağayevin cinayəti şəxsi qisas məqsədilə törətdiyi iddia olunub. İstintaqın versiyasına görə, hadisədən bir qədər əvvəl Vüqarın kiçik qardaşı həmyerliləri tərəfindən döyülüb. İddialara əsasən, həmin hadisə mobil telefonla lentə alınıb və “tərbiyə prosesi”nə şəxsən Sarvan Cəfərov rəhbərlik edib. Bu səbəbdən Vüqar Ağayevin qisas almağa qərar verdiyi, qətldən bir neçə gün sonra isə ölkəni tərk etdiyi bildirilirdi.

Öz növbəsində Vüqar Əfsar oğlu Ağayev bildirib ki, cinayət törədilən vaxt evdə olub. Onun sözlərinə görə, Sarvanın öldürüldüyünü həmin gün saat 22 radələrində siqaret almaq üçün küçəyə çıxanda öyrənib. O deyib ki, hadisədən iki gün sonra qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. Burada Azərbaycan hüquq-mühafizə orqanları ona Ukrayna tərəfinin onunla maraqlandığını bildirsələr də, həmin vaxt rəsmi saxlanılma və ya ittiham irəli sürülməyib.

Məhkəmə materiallarına əsasən, Vüqar Ağayevə qarşı qətl ittihamı qiyabi qaydada 2020-ci ilin payızında irəli sürülüb. O, beynəlxalq axtarışa verilib və 2024-cü il iyunun 14-də Almaniyanın Mölln şəhərində saxlanılıb. Almaniya hakimiyyəti onun ekstradisiyasına razılıq verib və 2024-cü il oktyabrın 9-da Ağayev Ukraynaya təhvil verilib. Daha sonra o, Çertkov İstintaq Təcridxanasına yerləşdirilib.

Vüqar Ağayev məhkəmə prosesinin bütün mərhələlərində özünü təqsirli bilməyib. O bildirib ki, kiçik qardaşının davranışları səbəbindən özü də dəfələrlə problemlərlə üzləşib və onu qeyri-adekvat insan hesab edib. Bununla yanaşı, Sarvan Cəfərovla həmişə yaxşı münasibətlər saxladığını vurğulayıb.

Müdafiə tərəfinin təqdim etdiyi şahid isə Sarvanın qətlinin məişət zəminində deyil, peşəkar fəaliyyətlə bağlı motivlərdən qaynaqlandığını iddia edib. Onun sözlərinə görə, hadisədən üç gün əvvəl mərhumun hansısa narkotik maddə ilə bağlı Odessa sakinlərinə təxminən 3 milyon qrivna borcu olduğu barədə söhbət eşidib.

İstintaq orqanları isə Vüqar Ağayevin təqsirli olduğunu israrla müdafiə ediblər. Onlar əsas sübut kimi sonradan ifadələrini dəyişən və hadisənin şahidi olan gizli saxlanılan ər-arvadın ifadələrinə istinad ediblər. Həmin şəxslər ilkin mərhələdə Sarvana hücum edən şəxsin üzünü tanımadıqlarını, yalnız onun burnunun xarakterik formasını xatırladıqlarını bildirmişdilər. Bundan başqa, qatilin baş geyiminə bənzədilən tünd rəngli papaq da sübut kimi təqdim olunub.

Lakin məhkəmə kollegiyası istintaqın topladığı bəzi əsas sübutları prosessual pozuntular səbəbindən yolverilməz hesab edib. Nəticədə Vüqar Ağayev “cinayət əməlini məhz onun törətməsinin sübuta yetirilməməsi” əsası ilə bəraət alıb.

Məhkəmə onun məhkəmə zalındaca həbsdən azad edilməsinə qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri