Icma.az
close
up
RU
Məzənnə dəyişiklikləri bazara necə təsir edir? Açıqlama

Məzənnə dəyişiklikləri bazara necə təsir edir? Açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Valyuta məzənnəsində baş verən dəyişikliklər ilk növbədə qiymətlərə və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Bəs məzənnədə mümkün dəyişikliklər istehlak bazarında hansı nəticələrə səbəb ola bilər?
Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli deyib ki, valyuta məzənnəsində baş verən dəyişkənlik həmin ölkələrin iqtisadiyyatına birbaşa təsir göstərir:
“Xüsusilə idxaldan asılı olan ölkələrdə bu təsir daha kəskin hiss olunur. Azərbaycan da istehlak malları baxımından xarici bazardan asılı olduğu üçün valyuta məzənnəsindəki dəyişikliklər gündəlik istehlak bazarına birbaşa təsir edir. Bu məsələni bir neçə aspektdən izah etmək olar. Birincisi, Azərbaycanda istehsal prosesi kifayət qədər inkişaf etməmişdir. Hətta daxili istehsal mövcud olsa belə, bir çox məhsulların istehsalında xarici xammaldan istifadə olunur. Bu da ölkəni dolayı yolla idxaldan asılı vəziyyətdə saxlayır. Nəticədə valyuta məzənnəsindəki dəyişikliklər qiymətlərə birbaşa təsir göstərir. Məsələn, sahibkarlar xaricdən məhsulları əsasən xarici valyuta ilə alırlar. Manatın məzənnəsində baş verən dəyişikliklər isə daxili bazarda qiymətlərin artıb-azalmasına səbəb olur. Nəticə etibarilə əhalinin alıcılıq qabiliyyəti zəifləyir və xərcləmə davranışında dəyişikliklər baş verir. İnsanlar daha çox qənaət rejiminə üstünlük verməyə başlayırlar”.
O qeyd edib ki, əhali əldə etdiyi milli valyutanı xarici valyutaya çevirməyə və ya onu qorumağa daha çox meylli olur:
“Bu da istehlak bazarında ümumi xərcləmələrin azalmasına gətirib çıxarır. Azərbaycan formal olaraq tam üzən məzənnə rejiminə keçməsə də, manatın sabit saxlanılması üçün dövlət tərəfindən valyuta ehtiyatlarından istifadə olunur. Bu isə müəyyən iqtisadi balansın qorunmasına xidmət etsə də, uzunmüddətli perspektivdə əlavə təzyiqlər yaradır. Nəticə olaraq, valyuta məzənnəsindəki dəyişikliklər həm qiymətlərin formalaşmasına, həm də əhalinin iqtisadi davranışına birbaşa təsir göstərir. İdxal məhsullarının bahalaşması, gəlirlərin yalnız milli valyutada olması və insanların qənaətə meyilli davranışı bu prosesin əsas nəticələrindəndir. Eyni zamanda, insanlar əldə etdikləri vəsaiti daha çox xarici valyutada saxlamağa və ya daşınmaz əmlak kimi investisiya vasitələrinə yönəltməyə üstünlük verirlər. Belə vəziyyətlərdə istehlak davranışlarında da dəyişikliklər müşahidə olunur. İnsanlar daha çox premium və bahalı məhsullar əvəzinə nisbətən ucuz və funksional məhsullara üstünlük verməyə başlayırlar. Bu dəyişikliklər xüsusilə xidmət sektorunda daha aydın görünür. Turizm sahəsini nümunə götürsək, valyuta məzənnəsindəki dəyişikliklər və xarici səfərlərin bahalaşması nəticəsində insanlar alternativ, daha sərfəli xidmətlərə yönəlirlər. Logistika xərclərinin artması da ümumi xidmət qiymətlərinə təsir göstərir. İstehlakçılar daha ucuz və əlçatan xidmətlərə üstünlük verməyə məcbur qalırlar. Bu da xidmət sektorunda rəqabətin və seçimlərin dəyişməsinə səbəb olur. Ümumilikdə, valyuta məzənnəsində baş verən dəyişikliklər istehlak bazarına ciddi təsir göstərir və insanların xərcləmə vərdişlərini əhəmiyyətli dərəcədə dəyişdirir”.
Leyla Turan
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 İyun 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri