Icma.az
close
up
RU
Ərdoğan və Əş Şara görüşü: Yaxın Şərqdə kartlar yenidən oynanır?

Ərdoğan və Əş Şara görüşü: Yaxın Şərqdə kartlar yenidən oynanır?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın yeni prezidenti Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, prezidentlərin görüşündə Suriyadakı son hadisələrin bütün aspektlərlə müzakirə ediləcəyi, iqtisadiyyatın dirçəlməsi, davamlılığı üçün iki ölkənin atacağı ortaq addımlar müzakirə olunacaq. Danışıqlarda keçid administrasiyasına və Suriya xalqına çoxtərəfli platformalarda verilə biləcək dəstək də müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək. Qeyd edək ki, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir. Buna görə də, görüş zamanı ciddi məsələlərin danışılacağı gözlənilir. Xüsusilə Yaxın Şərq regionunda baş verəcək geosiyasi proseslərdə dəyişikliklərin olacağı ehtimal edilir. Bu baxımdan, Türkiyə-Suriya münasibətlərinin normallaşması bölgədəki güc balansına təsir edə bilər. İran və Rusiyanın bu prosesə yanaşması həmçinin Qərb ölkələrinin mövqeyi də mühüm əhəmiyyət kəsb edir. Əgər Ankara və Dəməşq arasında razılaşma əldə olunarsa, bu, Suriya münaqişəsinin siyasi həllinə və qaçqınların təhlükəsiz şəkildə geri qayıtmasına töhfə verə bilər.

Görüşün detalları hansı istiqamətdə olacaq? Suriyada və Yaxın Şərqdə nələr dəyişəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov bildirib ki, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəranın Ankaraya bugünkü səfəri kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir:

"Çünki, Türkiyə Suriyanın hazırkı və bundan sonrakı taleyində mühüm rol oynayan qonşu dövlətdir. Eyni zamanda, Səudiyyə Ərəbistanından sonra bu Suriyanın keçici prezidentinin ikinci xarici səfəridir. Bəzi məlumatlara görəŞ Suriyanın xahişi üzərindən Türkiyənin Suriyanın şimalındakı əməliyyat zonaları ilə yanaşı, ölkənin daxili bölgələrində də iki hərbi baza quracağı iddia edilib. Həmçinin bildirilib ki, Dəməşq rəhbərliyinin tələbləri arasında sərhəddə Türkiyə PUA-larına əlavə radarlar, elektron müharibə və inteqrasiya edilmiş təhlükəsizlik sistemləri yerləşdirilməsi də var".

Müsahibimiz qeyd edib ki, ərəb mətbuatında yer alan başqa bir xəbərə görə Suriya Müdafiə Nazirliyinin rəsmisi məsələ ilə bağlı bildirib ki, Türkiyənin hava hücumundan müdafiə texnologiyası terror təşkilatı PKK/YPG təhdidinin aradan qaldırılmasında və bundan sonra baş verə biləcək terror sızmalarına qarşı, eləcə də İsrailin işğalı və pozuntuları baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, qabiliyyəti və sahədə üstünlüyü bütün dünyada təqdir edilən Türk İHA/PUA-ları İordaniya sərhədində köhnə rejimin milli gəlir siyasətinə çevrilən narkotik ticarəti və Hizbullah təhdidinə qarşı sərhəd təhlükəsizliyimizi təmin edəcək. General-mayor İlkay Altındağın son günlərdə başçılıq etdiyi səfərlər zamanı bir çox texniki detallar müzakirə edilib, türk mənşəli texnologiyanın harada və necə tətbiq ediləcəyi müzakirə olunub.

Əlimusa İbrahimov: Görüş sadəcə hərbi sahədə qurulacaq əməkdaşlıqla məhdudlaşmayacaq

Professor qeyd edib ki, görüş çərçivəsində Türkiyə və Suriya ortaq müdafiə müqaviləsi imzalayacaq. Həmsöhbətimizin fikrincə, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya kömək etmək imkanı qazanacaq:

"Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və pilotlarına təlim keçməsi, Türkiyənin Suriyada iki hərbi baza quracağı da qeyd olunub. İddialara görə, razılaşma çərçivəsində Türkiyə Suriya Hərbi Hava Qüvvələri tamamlanana qədər bu bazalarda 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirəcək. İki dövlət arasında yaxın günlərdə imzalanacaq müqavilə Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna təlim keçməsini və Türkiyənin Suriyada iki hərbi baza qurmasını nəzərdə tutur. Əlbəttə ki, bu yalnız hərbi sahədə qurula biləcək münasibətlərin qısa xülasəsidir”.

Əlimusa İbrahimova görə, amma Əhməd əş-Şaranın Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə olunacaq məsələ təkcə hərbi-siyasi sahədə əməkdaşlıqla məhdudlaşmayacaq. Bu iki ölkə arasında əməkdaşlıq sahələri o qədər genişdir ki, bir səfər çərçivəsində onların müzakirə ediılib razılıq əldə olunması olduqca çətindir:

“Görünən odur ki, dövlət rəhbərləri iki ölkə arasında yaradılacaq münasibətlərin yol xəritəsini müəyyən edəcəklər. Digər məsələlr isə yaradılacaq komissiyalar vasitəsi ilə həyata keçiriləcək".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri