Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Məzhəbçilik islamı zəiflədir: Azərbaycan modeli dünya ölkələri üçün nümunədir

Məzhəbçilik islamı zəiflədir: Azərbaycan modeli dünya ölkələri üçün nümunədir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Təriqət ayrılığı təhlükədir. Dövlətin özülünə, xalqın həmrəyliyinə zərbədir. Vəhdət, həmrəylik isə əslində İslamın unudulmuş, gözardı edilmiş prinsiplərindəndir”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısının bu müsahibəsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan çoxsaylı mövzulara Azərbaycanın ədalət prinsipinə söykənən milli maraqları kontekstindən aydınlıq gətirilməsi ilə diqqəti cəlb edir.


Bununla yanaşı, dövlətimizin başçısının müsahibəsində yer alan fikirlər, yalnız ölkənin mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajların məcmusu kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın dini həmrəyliyini və İslamın müxtəlif təriqətlərindən olan vətəndaşların bir ailə kimi yaşamasını ön plana çıxarıb. Müsəlman dünyasında təriqət ayrılığının təhlükələrinə, həmrəyliyin isə vacibliyinə diqqət çəkib. İlham Əliyevin fikrincə, müsəlman dünyasına ən böyük ziyan təriqət ayrılığı gətirir və Azərbaycan nümunəsi göstərir ki, bundan kənar dayanmaq olar. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həm şiə, həm də sünni müsəlmanların eyni məsciddə birgə ibadət edə bildiyi azsaylı ölkələrdən biridir və bu, ölkədə təriqət ayrı-seçkiliyinə yer olmadığını göstərir: “Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasında nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”. 

Prezident həmçinin mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın aparıcı rolunu qeyd edib. O, hər iki ildən bir keçirilən beynəlxalq konfranslarda bütün mühüm məsələlərin müzakirə olunduğunu, yalnız müsəlmanlar üçün deyil, bütün dinlər üçün əhəmiyyətli məsələlərin diqqət mərkəzində olduğunu bildirdi. İlham Əliyev hesab edir ki, bu yanaşma Azərbaycan təcrübəsini nümunə göstərməklə, müsəlman dünyasında həmrəylik və təriqətlərarası birliyin vacibliyini nümayiş etdirir. O, ölkənin sülh və stabil həyat modeli ilə digər müsəlman ölkələrinə də ilham verdiyini vurğulayıb. 


Dövlət başçısının müsahibəsində toxunduğu mövzunu şərh edən ilahiyyatçı-alim Tural İrfan Sherg.az-a açıqlamasında deyib ki, məzhəb ayrı-seçkiliyi İslamı və müsəlmanları zəiflədən, tənəzzülə uğradan, tərəqqidən geri salan ilk amildir. Onun sözlərnə görə, tarix boyu məzhəbçilik bütün müsəlmanlara ziyan vurub, ortaq mədəniyyətləri, dini dəyərləri az qala məhv edib: 


“Bu gün hələ də təəssüflər olsun ki, bir çox ölkələrdə məzhəbçilik, təfriqə, ixtilaf baş alıb gedir. Bu da həmin ölkələrin inkişafına xələl gətirir, siyasi münaqişələrə, silahlı toqquşmalara qədər aparıb çıxarır. Cənab Prezidentin bu mövzuda "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə İslam dünyası üçün çox önəmli mesajlar və örnəklər var. Təriqət ayrılığı təhlükədir. Dövlətin özülünə, xalqın həmrəyliyinə zərbədir. Vəhdət, həmrəylik isə əslində, İslamın unudulmuş, gözardı edilmiş prinsiplərindəndir. Cənab Prezident tamamilə haqlı vurğulayıb ki, İslam dünyasına ən böyük ziyanı təriqət ayrılığı gətirir. Ancaq onu da yerində qeyd edib ki, Azərbaycan təriqət ayrılığından uzaq durmağın mümkünlüyünün nümunəsini ortaya qoyub. Şiə və sünni məzhəblərinə mənsub olan müsəlmanlarım eyni məsciddə birgə namaz qılması, eyni imamın duasına amin deməsi, vəhdət və həmrəyliyin, habelə Quranın əmrlərinin əyani icraatıdır. Quranda Allah da müsəlmanlara əmr edir ki, bir olun, ayrılmayın. Ayrılsanız, zəifləyərsiniz. Ali İmran surəsi, 103-cü ayədə buyurur: "Hamınız Allahın sarsılmaz ipindən yapışın və təriqətlərə atılmayın”". 


T.İrfan hesab edir ki, Azərbaycanda bu tolerantlıq mühitinin formalaşmasında dövlətin, ələlxüsus cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin böyük təsiri var: 

“Milli və dini yöndə təxribat salmaq istəyən xarici təsirlərin dəf edilməsi, separatçılıq cəhdlərinin qarşısının alınması, dini konfessiyalara diqqət və qayğı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan İlahiyyat İnstitutunun bilavasitə dövlət başçısının təşəbbüsü ilə açılması ölkədəki dini durumu yüksək dərəcəyə gətirib çıxardı. Şübhəsiz ki, xalqımızın milli, tarixi xüsusiyyətləri, fitrətən tolerant olması, dinlər, məzhəblər arasında qohumluq və başqa sosial münasibətlərin davamlı mövcudluğu da əsas amillərdəndir. Lakin dövlətin bu yöndə diqqəti olmasaydı, yad təsirlər durumu təhlükəli duruma belə gətirib çıxara bilərdi. Müsəlmanlar arasında vəhdət və məzhəbçiliyin aradan qaldırılmasına sağlam ilahiyyatçıların təbliğatı, xurafatın tənqidi, radikalizmə qarşı mübarizə təkan verdi və dövlət-din münasibətləri inkişaf etdi. Nəticədə bu gün dünyaya örnək göstərilən tolerantlıq ortaya çıxdı. Hesab edirəm ki, bizim bu tolerantlığımızı dünya ölkələri öyrənməli, nümunələr götürməlidir. Azərbaycan İlahiyyat İnstitutunda məzhəb fərqi qoyulmadan dini təhsil verilməsi də müsəlman ölkələrinə nümunə olmalıdır. Gəlib öyrənə bilərlər. Elə ölkələr var ki, orada sünni şiə ilə eyni partada oturmur. Yaxud şiə sünni ilə evlənmir. Yaxud məscidlərdə ayrı namaz qılırlar. Bu həm dinin, həm də ümumilikdə İslam ümmətinin belini sındıran böyük nöqsanlardır. Lakin Azərbaycan artıq bu kabusu qovub, sərbəst şəkildə bütün dinlərin, məzhəblərin mənsubları toplaşır, ibadət edir, bir-birinin məbədinə qonaq olur, dostluq edir, birgə təhsil alır. Bu gün yəhudilər etiraf edir ki, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, biz burada tam sərbəst, təhlükəsiz şəraitdə yaşayır, ibadət edirik. Yaxud da xristianlar. Kilsələr fəaliyyətdədir, biz mütəmadi şəkildə tədbirlərdə, ibadətlərdə görüşürük, bir-birimizin bayramlarını təbrik edir, hətta iştirak edirik. Müsəlmanlarla başqa dinlərin nümayəndələri arasında çox mehriban, səmimi bağlar var. Bu mühitin formalaşmasında, tolerantlığın yüksək həddə yetişməsində hesab edirəm ki, öncə dövlətin və dövlət başçısının müdrik siyasəti durur. Bəzi müsəlman ölkələri gərək Azərbaycana gəlib bundan örnək götürsünlər, araşdırıb öyrənsinlər, bu metodu öz ölkələrində də tətbiq etsinlər ki, məzhəbçilik, təəssübkeşlik, ayrıseçkilik mərəzindən xilas olsunlar. Ortaq İslam dəyərlərinə sadiqlik naminə, eyni zamanda müsəlman ölkələrinin aralarında mədəni, mənəvi, dini bağların daha sağlam olması üçün bu vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see431

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see300

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see168

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see165

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see156

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see152

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see150

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see137

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see133

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see132

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see125

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see122

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri