Məzuniyyət mərasimində diplomunu cıran tələbə nəzarətə alındı VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Türkiyənin Boğaziçi Universitetində keçirilən buraxılış mərasimində Doruk Dörücü İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsinə etiraz edib.
Turkustan.az xəbər verir ki,Dörücü “Diplomu müvəkkildən deyil, Boğaziçinin seçilmiş rektorundan alacağam” deyərək diplomunu cırıb.
Dörücü diplomunu cırdıqdan sonra bəzi valideynlər “Məzuniyyətə gəlmişik, siyasət dinləməyə gəlməmişik” deyərək reaksiya verib. Digər valideynlər isə Dörücü alqışlayaraq, “Onu dinləyəcəksən, məzun oldu” deyərək dəstək olublar.
Görüntülər sosial şəbəkədə paylaşıldıqdan sonra Dörücü nəzarətə götürülüb. Saxlanma xəbərini sosial media hesabından açıqlayan Üsküdar Bələdiyyəsi CHP Qrup sədr müavini Güneş Gülaydın bunları deyib:
"Gənclik qolumuzun üzvü Doruk Dörücü gecə yarısı saxlandı. Ölkədə hər cür haqsızlıq olduğu halda onlara qarşı tədbir görülmədiyini, haqsızlıqlara qarşı səsini ucaldan gənc və aydın insanların tələsik həbs olunmasını qəbul etmirik! Biz yoldaşımızı belə bu zülmün əlində tək qoymayacağıq".
Aytən Yaşar/ Turkustan.az


