Icma.az
close
up
RU
Məzuniyyət neçə hissəyə bölünə bilər? AÇIQLAMA

Məzuniyyət neçə hissəyə bölünə bilər? AÇIQLAMA

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əmək Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər.

“Bu zaman əsas tələb ondan ibarətdir ki, bölünmüş hissələrdən ən azı birinin müddəti 14 təqvim günündən az olmasın”, - qurumdan qeyd olunub.

Diqqətə çatdırılıb ki, qanunvericilikdə həmin 14 günlük hissənin mütləq məzuniyyətin birinci hissəsi olması barədə tələb yoxdur:

“Eyni zamanda, məzuniyyətin yalnız iki hissəyə bölünməsi ilə bağlı da məhdudiyyət nəzərdə tutulmayıb. Bu səbəbdən, tərəflərin razılığı olduğu halda 36 təqvim günlük əmək məzuniyyətinin, məsələn, müxtəlif hissələrə bölünərək istifadə edilməsi Əmək Məcəlləsinin 137.1-ci maddəsinin tələblərinə uyğundur”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Ölkə.az bildirib ki, Əmək Məcəlləsinə əsasən, məzuniyyətin ilk hissəsi iki təqvim həftəsindən az olmayaraq verilməlidir, qalanlar da hissə-hissə verilə bilər.

“Yəni məzuniyyətin böyük hissəsinin əvvəl yoxsa sonra verilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur. Ona görə də hər iki halda vermək olar. İşçi məzuniyyətini bir neçə hissəyə bölüb götürə bilər. Bu üç gün də, beş gün də ola bilər. Qanunvericilik buna məhdudiyyət qoymur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Avqust 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri