Icma.az
close
up
RU
MİDA dan ev almaq istəyənlərin diqqətinə Ekspertdən faydalı məsləhət

MİDA dan ev almaq istəyənlərin diqqətinə Ekspertdən faydalı məsləhət

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində güzəştli mənzillərin növbəti satışını elan edib.

Satış dekabr 3-də saat 11:00-da başlayacaq.

MİDA-da ev almaq istəyənləri ən çox düşündürən suallardan biri güclü kompüter və peşəkar İnformasiya Texnologiya (İT) mütəxəssisi barədədir. İT üzrə ekspert Fərid Pərdəşünas “Facebook” səhifəsindən sosial-evə sahib olmaq istəyənlər üçün çıxış yollarını izah edib.
Bakupost.az həmin paylaşımı təqdim edir.
“MİDA-dan sosial-ev əldə etmək üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur. Orta göstəricilərdə, donmayan-tutulmayan, yəni RAM yaddaşı 8 GB və ondan yuxarı olan kompüterlərlə rahat işləmək olur. Çalışın brauzerdə çox pəncərə açmayın. “Google Chrome” brauzeri ilə işləmək məsləhətdir.
İnternetlə bağlı diqqətli olmaq lazımdır. Ola bilər sizə xidmət göstərən provayder yaxşı sürət verir, amma “ping” yüksəkdirsə, bu o deməkdir ki, artıq yarışda geridəsiniz. Əməliyyat zamanı internetin “ping” dəyəri daha önəm kəsb edir. Bu serverə sorğunu yönəldib, cavab almaq üçün vaxtdır. Nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. 50 Mb/s yuxarı və 20-dən aşağı “ping” ideal olar. 20–30 arası “ping” də məqbuldur.
Əl vərdişi – bu ən əsas məsələdir. Əgər həqiqətən ev qzanmaq istəyirsinizsə, məsləhətdir ki, ən az 1 həftə – 10 gün əvvəldən demoda məşqlər edəsiniz. Gözünüz öyrəşməli və əl vərdişi yaranmalıdır. Xüsusi saytlar var ki, orada kompüter siçanı ilə sürətinizi artıra bilərsiniz. Gündəlik 10 dəqiqə reaksiya məşqi əməliyyatda çox kömək olur. Mən ev qazanmaq üçün 7 gün məşq etmişdim.
Əlavə texniki cihazlar – əməliyyat zamanı siçandan istifadə mütləqdir. Siçanın DPI dəyərini, yəni ekranda sürüşmə sürətini tənzimləyin. Bu millisaniyyələrlə olsa da seçim sürətinizə təsir edə bilər. Kompüteri internetə WiFi ilə deyil kabellə (LAN) bağlasanız, yaxşı olar. Diqqət edin ki, proses zamanı evdə şəbəkəni yükləyən əməliyyatlar (yüklənmələr, TV izləmək) olmasın.
Proses zamanı ən, önəmli hissə demoda təqdim olunmayan təhlükəsizlik yoxlanışıdır. Açdığınız hər səhifədə sizi gözləyən bir təhlükəsizlik yoxlaması olur. Bu adətən həmin günün tarixi, sizin doğum tarixiniz, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya hansısa təqdim olunan rəqəmin daxil edilməsi ola bilər. Burada işin diqqət edilməli tərəfi odur ki, rəqəmləri daxil etmək üçün düymələr ekranda virtual formada qarışıq yerləşir. Yəni normalda telefonda 1 2 3 rəqəmi yanaşı, altında 4 5 6 formasında gözümüz öyrəşibsə, burada sıralama ixtiyari olur. 5 7 3 altında 9 0 1 kimi olur. Yəni göz yaddaşı unudub, konkret rəqəmi axtarmaq lazımdır. Bunu özünüz haradasa çəkib, məşq edə bilərsiniz.
Nə zaman başqalarından kömək ala bilərsiniz? Əgər burada yazdıqlarımı başa düşmədinizsə, deməli başqa şəxsdən kömək almalısınız. Bu qeyri-qanuni sayılmır. Ətrafınızda anlayışı olan adamdan bunu istəyə bilərsiniz. Amma tanıdığınız adam olmalıdır ki, məşq zamanı sizə can yandırsın. Yoxsa, uzaq qohum, tanış-bilişdən xahiş etməklə bu iş alınmır. Əgər “ping” nədir, RAM nədir bilirsinizsə, kompüterə hakim olmusunuzsa, elə özünüz də məşq edib, başı çıxan adamdan daha yaxşı nəticə göstərə bilərsiniz.
Bu işi pulla edən adamlar da var. Onlara pul vermək o halda qanunsuz sayılır ki, onlar kiber müdaxilə ilə nəsə edirlər. Buna qətiyyən razı olmayın, çünki məsuliyyət yaradır. Yox kimsə sizdən ödəniş alıb, bu işə zaman ayırdığı üçün qarşılıq tələb edirsə, bu hal başa düşülən sayıla bilər və qanunsuzluq elementi yoxdur. Buna mütləq diqqət edin. Ümumiyyətlə indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri