Icma.az
close
up
RU
MİDA nın evlərini necə ala bilərik? EKSPERT DANIŞDI

MİDA nın evlərini necə ala bilərik? EKSPERT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan dövləti sosial xarakterli proyektləri, layihələri həyata keçirməklə vətəndaşların mənzil və yaşayış sahələri əldə etmək hüququnu təmin edir. Bu iki sosial qurum vasitəsilə ,Azərbaycan Respublikasının Kredit Zəmanəti və İpoteka Fondu, eyni zamanda Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Məsələn, keçən il İpoteka Krediti və Zəmanət Fondu tərəfindən təqribən 4 minə yaxın vətəndaş mənzillə təmin edilmişdir. MİDA-ya da bu istiqamətdə sifarişlər daxil olunmuşdur. Təbii ki, bütün bunların hamısı dövlət proyektləridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.

Vüqar Oruc sözlərinə belə davam edib: "İpoteka və Kredit Zəmanəti Fondu istənilən mənzilə kreditin ayrılması ilə bağlı müvəkkil banklara vəsait ayırır və vətəndaşlar da bunlardan istifadə edirlər. Bütün bunlar isə MİDA-da konkret proyektlər üzrə tikinti binaları, hər hansısa ərazilərdə, məsələn, Hövsanda, Yasamalda, Binəqədidə. Eyni zamanda bu layihələr ölkənin rayonlarında da yaradılmışdır ki, rayonlarda yaşayan əhali bu layihələrdən yararlana bilsinlər.

Biz bunun şahidi olacağıq ki, bu cür sosial layihələr həyata keçirilsin və MİDA-da belə bir fakt var ki, burda vətəndaş bir hissəni ödəyir, digər hissəni isə güzəştli qaydada müəyyən dövrlərdə və aylarda müəyyən olunmuş ödəniş etməklə mənzil sahibi olurlar. Həmin ödənişlər bugünki kirayə qiymətlərini keçmir bu da vətəndaşı sövq edir ki, burda verdiyi kirayə qiymətləri boş yere getmir, mənzilə sahib olur və bu isə Azərbaycan dövlətinin öz vətəndaşına yaratdığı sosial imkanlardır.

Bu da o deməkdir ki, getdikcə proyektlərin əhatəsi genişlənəcək və daha çox vətəndaşımız yararlanacaq. Bilirsiniz ki, elektron növbəlilik əsasında olur və həmin müraciətlər də müvafiq şərtlər ödənilir.

Bu mənzillərin üstünlükləri və fərqliliyi nədən ibarətdir?

İpoteka və Kredit Zəmanəti Fondunda vətəndaş özü mənzili və kirayə evləri özü seçir. Kirayə evlərdə də yenə vətəndaş özü seçir və konkret burda bir proyekt və layihə yoxdur, məcburiyyət yoxdur. Sadəcə İpoteka və Kredit Zəmanəti Fondunun bazasında olan mənzillər satışa çıxarılır və həmin mənzilləri almaq vətəndaş zərurəti qarşısındadır. Fərqli bir yerdə, məsələn vətəndaşın özünün müəyyən bir mənzili seçib onu kirayə ilə ödəmək hüququ yoxdur. Amma İpoteka və Kredit Zəmanəti Fondunun digər əsas layihəsində isə vətəndaş istənilən yerdə bank vasitəsilə özünə mənzil seçə bilir və onu müəyyən olunmuş ilkin ödəniş ilə və sonradan aylara bölünmüş cədvəl ilə ödənişləri həyata keçirir və uzun müddətli və az faizli ödənişlər də həmin mənzilə sahib olur.

MİDA -da müəyyən elektron seçim olur və elektron seçimdən sonra vətəndaşlar müqavilə bağlayırlar. Bütün kriteriyaya cavab verdikdən sonra həmin müqavilə əsasında vətəndaşlar aylıq ödənişləri ödəməklə həmin mənzillərə sahib olurlar. Burada isə MİDA - nın proyektlərində seçim məcburidir. Yəni konkret dövlət tərəfindən inşa olunmuş, yəni Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən inşa olunmuş binalarda mənzillər təşkil edilir. Vətəndaşın kənardan bir mənzil əldə etmək hüququ yoxdur. Ancaq həmin binalarda, həmin proyektlərdə, layihələrdə mənzil əldə etmək hüququ var.

Təbii ki, İpoteka və Kredit Zəmanəti Fondunun seçimində vətəndaş azaddır. Özü müstəqil surətdə mənzilləri seçir və təmiri də öz zövqünə uyğun seçə bilər və yaxud sonradan təmir etdirə bilər. Amma MİDA - da konkret təmirli mənzillər vətəndaşlara verilir. Həmin təmir minimal xərclərlə və təmir səviyyəsinə görə orta təmir səviyyəsində mənzillərdir. Həmin mənzillərdə vətəndaş birbaşa girib yaşaya bilir və hər hansı bir təmir tələb olunmur. Əgər vətəndaşın başqa bir zövqlə təmir etmək marağı varsa onu edə bilər. Sosial proyekt olduğuna görə 5 il müddətində həmin mənzillərin satışa uyğun vətəndaşdan alınır və heç kimə onu sata bilməz".

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:443
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri