Icma.az
close
up
RU
MİDAnın ilk mənzili neçə saniyəyə satılıb?

MİDAnın ilk mənzili neçə saniyəyə satılıb?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“MİDA-nın onlayn mənzil satışında əsas parametr ilk mənzilin neçənci saniyədə satılmasıdır.

Onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında 2 parametr var: mənzilin sistemdə tapılaraq baxış keçirilməsi və mənzilin təsdiqlənməsi.

Mənzilin baxış üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir. 

Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir. 

Yəni iddiaçı mənzilə baxış edirsə, artıq o daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib, bu mənzil artıq digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr, əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.

2-ci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının təsdiqlənməsidir. 

Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə , yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr ilk satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir”.

Bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki,  MİDA-nın açıqladığı hesabatların və statistikaların əksəriyyətində bu parametrlər görünür.

O, Beləliklə, MİDA-nın indiyədək olan satışlarında ilk mənzil seçimi ilə bağlı statistikanı təqdim edib.

MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan ilk mənzilin baxış üçün seçilməsi müddəti aşağıdakı kimi olub:

06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci) 32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci) 22-ci saniyədə
16.12.2023, (Gəncə) 28 -ci saniyədə
16.12.2023, (Sumqayıt) 30-cu saniyə
29.07.2023, (Yasamal) 29-cu saniyədə
29.07.2023, (Hövsan ) 30-cu saniyədə
24.09.2022, (Yasamal) 30-cu saniyədə
15.09.2022 Satış baş tutmayıb
30.03.2022 Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan ) 5-ci saniyədə
18.12.2020, (Hövsan ) 10-cu saniyədə
10.09.2020, (Hövsan), 10-cu saniyədə
30.06.2020, (Hövsan) 11-ci saniyədə
25.12.2019, (Yasamal) 11-ci saniyədə
16.10.2019, (Yasamal) 9-cu saniyədə
12.07.2019, (Yasamal) 4-cü saniyədə
29.04.2019, (Yasamal) 4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb.

“Cədvəldən görünür ki, MİDA -nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub.

DTX və MİDA 30.03.2022-ci tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu.

Məhz bundan sonra, 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib.

MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.

Lakin İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib.

p.s. Bir neçə gün öncə hökumət kritik hesab oluna biləcək informasiya sistemlərinin siyahısını təsdiq edib. Siyahı açıqlanmayıb. Amma uyğun qanunvericiliyin tələbləri baxımından MİDA informasiya sisteminin də kritik perimetrə, yəni DTX və XRİTDX -nin nəzarəti altına keçdiyini düşünmək olar”,-deyə o bildirib.

 “Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri