Icma.az
close
up
RU
“Middle East Eye”: İlham Əliyevlə Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar

“Middle East Eye”: İlham Əliyevlə Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar.
Ordu.az xəbər verir ki, bu barədə “Middle East Eye” (MEE) nəşri məlumat yayıb.
Nəşr bildirib ki, iki ölkə sülh sazişi ətrafında danışıqları davam etdirdikləri üçün bu görüş baş tutacaq.
Qeyd olunur ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və həmin görüşdə kommunikasiya xətlərinin açıq saxlanacağına dair öhdəlik götürüblər.
“Ermənistan və Azərbaycan mart ayında sülh sazişinin layihəsi üzrə razılığa gəlsələr də, Bakı hələ də sazişin rəsmi imzalanmasından öncə bir sıra əlavə şərtlərdə israr edir: Azərbaycan İrəvandan konstitusiyasında dəyişiklik edərək, Azərbaycanın ərazi bütövlüyünə dair istinadları aradan qaldırmasını, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) fəaliyyətinə son verilməsini və son üç onillikdə qərəzli mövqedə olmaqda ittiham etdiyi ATƏT-in Minsk qrupunun ləğvini tələb edir”, – deyə MEE yazır.
Məlumata bələd olan iki mənbə MEE-yə bildirib ki, Dubayda planlaşdırılan görüş müsbət siqnaldır və bu, davam edən fikir ayrılıqlarına baxmayaraq, “hər iki tərəfin əməkdaşlığa hazır olduğunu” göstərir.
“Gələn il Paşinyanı seçkilər gözləyir və ekspertlər hesab edirlər ki, o, səsverməyə qədər konstitusiya referendumu keçirməyə çətinliklə nail ola bilər. Bu arada Türkiyə də Bakıdan sülh sazişini imzalamasını xahiş edir və Azərbaycan rəsmilərinə regionda dəyişən dinamikanı, xüsusilə İranın zəifləyən təsirini xatırladır. Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişindən asılıdır”, - deyə nəşr qeyd edib.
MEE yazıb ki, türkiyəli rəsmilər Ermənistanı Türkiyəni birbaşa Mərkəzi Asiya ilə birləşdirəcək Orta Dəhliz layihəsinin əsas ölkəsi hesab edirlər.
“Türkiyə şirkətləri də Ermənistanda infrastruktur layihələrində iştirakda maraqlıdır. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) münasibətləri ilə tanış başqa bir mənbə bildirib ki, İlham Əliyev BƏƏ-nin rəhbəri Məhəmməd bin Zayid əl-Nahyanla yaxın münasibətlər saxlayır. Mənbə əlavə edib ki, Qafqazın iki xalqı arasında münasibətlərin yaxşılaşdırılması səyləri çərçivəsində BƏƏ danışıqlara ev sahibliyi etməyə hazırdır”, - deyə nəşr əlavə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri