Middle East Eye: Sülh sazişi yox, niyyət memorandumu...
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək sammitlə bağlı müəmmalar nüfuzlu nəşrdən açıqlama gəlib.
Adalet.az xəbər verir ki, İngilislərə məxsus, 2014-cü ilin aprelində yaradılmış müstəqil onlayn xəbər agentliyi "Middle East Eye" məsələylə bağlı açıqlama verib. Nəşr öz mənbələrinə istinadən yazır ki, Ermənistanın baş naziri və Azərbaycan prezidenti Vaşinqtonda sülh sazişi deyil, yalnız “niyyət memorandumu” imzalayacaqlar.
Xatırladaq ki, Respublikaçılar Partiyasından olan konqresmen Co Vilson X hesabında "Tramp Sülh üzrə Nobel mükafatına layiqdir"yazaraq, Tramp qədər sülhə xidmət edən başqa prezident olmadığını qeyd edib:
- Konqo və Ruanda
- Tailand və Kamboca
- Pakistan və Hindistan
Tezliklə Azərbaycan və Ermənistan!”
P.S. Təssüf ki, Tramp hələ də nə Qəzzadakı qətliamın, nə də ki, Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bilib. Amma Co Vilson "məmurluq" missiyasını yerinə yetirə bilib.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















