Icma.az
close
up
RU
İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək? Bakının üç əsas şərti hələ də yerinə yetirilməyib

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək? Bakının üç əsas şərti hələ də yerinə yetirilməyib

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu ayın sonunda Dubayda görüşməyi planlaşdırırlar.

Bu barədə məlumatı Britaniyanın nüfuzlu “Middle East Eye” nəşri yayıb. Məlumata görə, görüşün məqsədi iki ölkə arasında sülh sazişi üzrə danışıqları irəli aparmaqdır.

Qeyd edək ki, mart ayında tərəflər arasında sülh sazişi layihəsi üzrə ilkin konsensus əldə olunsa da, İrəvan rəsmi Bakının əsas və haqlı şərtlərini yerinə yetirməyi ləngidir.

Azərbaycanın irəli sürdüyü əsas tələblər bunlardır:

-Ermənistan konstitusiyasından Azərbaycan ərazisinə istinadların çıxarılması;

-Ermənistandakı Aİ-nin Monitorinq Missiyasının (EUMA) fəaliyyətinə son qoyulması;

-ATƏT-in Minsk Qrupunun rəsmən ləğvi üçün İrəvanıın da müraciət etməsi.

Ekspertlər Dubay görüşünü müsbət əlamət kimi qiymətləndirib və bildirib ki, tərəflər davamlı fikir ayrılıqlarına baxmayaraq əməkdaşlığa meyllidirlər.

“Middle East Eye” yazır ki, Ermənistan baş naziri gələn il keçiriləcək seçkilər ərəfəsindədir. Mütəxəssislər onun səsvermədən əvvəl ölkədə konstitusiya dəyişikliyi üçün referendum keçirməyə vaxt tapmayacağını düşünürlər.

Məqalədə o da qeyd olunur ki, Türkiyə hakimiyyəti də sülh sazişinin tezliklə imzalamasında maraqlıdır. Bu, Orta Dəhliz layihəsinin daha qısa yolla  reallaşması üçün əhəmiyətlidir.

Azərbaycanın BƏƏ ilə sıx siyasi və iqtisadi əlaqələrinə toxunan mənbələr bildiriblər ki, Dubay görüşü məhz bu tərəfdaşlıq fonunda gerçəkləşə bilər. BƏƏ iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazırdır.

Xatırladaq ki, Əliyev və Paşinyan sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyi sammiti çərçivəsində görüşmüşdülər.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri