Miflərə inanmayın: Bu xərçəngə qalib gəlmək mümkündür
Icma.az, Medicina portalına istinadən məlumat yayır.
Üçlü neqativ süd vəzi xərçəngi ən aqressiv süd vəzi xərçəngi növlərindən biri hesab olunsa da, erkən diaqnoz və müasir müalicə üsulları sayəsində tam sağalma mümkündür.
Medicina.az xəbər verir ki, bunu Türk Tibbi Onkologiya Dərnəyinin İdarə Heyətinin üzvü, tibbi onkoloq Prof. Dr. Bülənt Karabulut deyib.
Onun sözlərinə görə, internetdə yayılan "bu xəstəlik sağalmır" kimi yanlış fikirlər xəstələri əsassız ümidsizliyə sürükləyir:
“Üçlü neqativ süd vəzi xərçəngi bütün süd vəzi xərçəngi hallarının təxminən 10–15 faizini təşkil edir və digər növlərlə müqayisədə daha sürətlə inkişaf edə bilər. Buna baxmayaraq, xəstəlik erkən mərhələdə aşkarlanarsa, tam sağalma şansı yüksəkdir”.
Karabulut qeyd edib ki, süd vəzisində kütlə, dəridə dəyişiklik, qoltuqaltında şişkinlik və ya məmə ucundan qanlı ifrazat kimi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etmək lazımdır. O, həmçinin internetdə yayılan əsassız məlumatlara deyil, mütəxəssis tövsiyələrinə etibar etməyin vacibliyini vurğulayıb.
Xanım,
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 İyul 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















