Mikayıl Cabbarov Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan güləşçilərini təbrik edib
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında yüksək nəticə göstərən güləşçilərimizi təbrik edib.
BAKU.WS xəbər verir ki, o, "X" hesabında sərbəst güləşçilərin öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu olmasını vurğulayıb.
"Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar. Sərbəst güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə Avropa çempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazandı. Qadın güləşi üzrə millimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu, Əsmər Cankurtaran (50 kq) isə bürünc medalçı oldu. Yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) isə bürünc medal qazandı. Güləşçilərimizi, onların valideynlərini və məşqçilərini təbrik edirik" - deyə o bildirib.
Albaniyanın paytaxtı Tiranada keçirilən #U23 Avropa çempionatında güləşçilərimiz 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazandılar.
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 15, 2025
Sərbəst #güləş üzrə millimiz öz rekordlarını yeniləyərək komanda hesabında 4-cü dəfə #Avropaçempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun… pic.twitter.com/UjkHu8qwDC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















