Mikayıl Cabbarov dünya çempionatında medal qazanan Azərbaycan güləşçilərini təbrik edib
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.
"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M.Cabbarov bildirib.
Qeyd edək ki, bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri - Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.
Yunan-Roma güləşçilərimizdən tarixi nəticə - 2 qızıl və 1 bürünc medal! #GüləşQürurlandırır
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 22, 2025
Serbiyanın Novi Sad şəhərində davam edən U23 dünya çempionatında Yunan-Roma güləşçilərimiz tarixi nəticəyə imza atır.
İki güləşçimiz - Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) bütün… pic.twitter.com/Y1kpyROml0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 22 Oktyabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















