Mikayıl Cabbarov Zaqrebdə keçirilən dünya çempionatında qələbə qazanan güləşçiləri təbrik edib
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə milli komandamız 89 xal toplayaraq komanda hesabında dünya ikincisi olması münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib:
"Ülvü Qənizadə (72 kq) böyük əzmkarlıq göstərərək karyerasında ikinci dəfə dünya çempionu titulunu qazandı. Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə komandanın ümumi hesabına bürünc medallarla töhfə verdilər.
Bu möhtəşəm nəticə Azərbaycan güləş ənənəsinin gücünü bir daha təsdiqləyir və idmançılarımızın gələcək beynəlxalq yarışlarda daha böyük uğur qazanacağına inamı artırır. İdmançılarımızı, onların məşqçilərini və ailələrini bu qürurverici nailiyyət münasibətilə ürəkdən təbrik edirik".
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən #dünyaçempionatı-nda yunan-Roma güləşi üzrə milli komandamız 89 xal toplayaraq komanda hesabında dünya ikincisi oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2025
Ülvü Qənizadə (72 kq) böyük əzmkarlıq göstərərək karyerasında ikinci dəfə dünya çempionu titulunu qazandı. Həsrət Cəfərov… pic.twitter.com/hjcuVQ51yd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 24 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















