Mikayıl Cabbarov Nökərqulı Ataqulıyevlə görüşüb
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
Nazir Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaratdığını deyib.
"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etdik.
Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq, biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın və qarşılıqlı investisiya-ların təşviqi imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.
???? #Azərbaycan və #Türkmənistan strateji tərəfdaşlığının güclənməsi #iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaradır.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 28, 2025
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar… pic.twitter.com/l0FXdcvoid
Baxış sayı:97
Bu xəbər 28 İyul 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















