Milan ın əfsanəsi: Ançelotti hamının ayağa qalxmasını istədi
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliya millisinin keçmiş hücumçusu Aleşandre Pato "Milan"dakı xatirələrini bölüşüb.
Sportal.az xəbər verir ki, "The Athletic"ə açıqlama verən braziliyalı veteran futbolçu İtaliya klubundakı əfsanələri də xatırlayıb:
"Paltardəyişmə otağında Paolo Maldini sağımda oturmuşdu və qarşımda Kaka ilə Ronaldonu gördüm. İlk günüm idi. Əfsanələrdən ibarət komandanın içindəydim. Amma hələ otağa ilk daxil olduğum anı xatırlayıram. Karlo Ançelotti hamının ayağa qalxmasını istədi və bütün oyunçular məni ayrı-ayrı qarşılamağa gəldi. Sonra öz-özümə dedim ki, "əsl hörmət belə olurmuş". Dünyanın ən yaxşı oyunçusu ola bilərsən, amma yenə də təvazökar qalmalısan. Ətrafındakılara hörmət etməlisən. “Milan”da hər şey yalnız futbolla bağlı deyildi, biz bir ailə idik. Buna görə də bu komanda hər şeyi qazandı. Məşqə çıxıb hər kəsin nə qədər çalışdığını görəndə dərhal düşündün ki, “qətiyyən geri qala bilmərəm”.
Pato “Milan”ın heyətində(2007-2013) İtaliya çempionluğu və İtaliya Super Kubokunu qazanıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 01 Aprel 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















