Real ın əfsanəsi olmaq üçün onda hər şey var Ançelotti Mbappeni Ronaldu ilə müqayisə etdi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın ulduzu Kilian Mbappeni "Kral klubu"nun keçmiş əfsanəvi oyunçusu Kriştianu Ronaldu ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, ESPN italyan mütəxəssisin dediklərini belə təqdim edib:
"İki oyunçunu müqayisə etmək çətindir. Ümid edirəm ki, Mbappe Kriştianunun etdiklərinə nail ola bilər. Klubun əfsanəsi olmaq üçün onda hər şey var".
Fransalı forvard bu mövsüm madridlilərin heyətində 44 matça çıxaraq 33 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Kilian “Real”da debüt mövsümündə vurduğu qolların sayına görə Ronaldunun göstəricisini təkrarlayıb. O, artıq bu gün İspaniya kubokunda "Real Sosyedad"la matçda portuqaliyalını bu göstəricidə geridə qoya bilər.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Aprel 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















