Milan klubları burada oynayacaq
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya futbolunun “nəhəng”ləri “Milan” və “İnter” klubları gələcəkdə ev oyunlarını keçirəcəkləri yeni stadionlarının dizaynını və adını elan ediblər.
Futbolpress.az xəbər verir ki, ümumi tutumu 71 500 azarkeş üçün nəzərdə tutulan yeni idman qurğusu “Generali Stadium” adlandırılacaq. Arenanın ad hüququ İtaliyanın məşhur “Generali” sığorta şirkəti tərəfindən əldə olunub.
Mətbuatda yayılan məlumatlara görə, 2052-ci ilə qədər hesablanan müqavilənin maliyyə dəyəri təxminən 650 milyon avro təşkil edir. Tribinaların meydana daha yaxın qurulacağı layihənin 2031/32 mövsümündə istifadəyə verilməsi və İtaliya ilə Türkiyənin birgə ev sahibliyi edəcəyi AVRO-2032-yə qədər tam hazır olması planlaşdırılır.
Yeni kompleksin tikintisi ilə əlaqədar hər iki klubun ev matçlarını oynadığı “San-Siro” stadionunun qismən sökülməsi nəzərdə tutulur. Bu addım tarixi irsin qorunmasını istəyən fanatlar tərəfindən narazılıqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Oktyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















