Milan və İnter in yeni stadionunun adı müəyyənləşdi
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Milan" və "İnter" klublarının 2031/2032-ci il mövsümünədək istifadəyə verilməsi planlaşdırılan yeni stadionu əfsanəvi "San-Siro"nu əvəz edəcək. Arena "Generali Stadium" adlandırılacaq.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, buna Avropanın ən böyük sığorta şirkətlərindən biri olan "Assicurazioni Generali" ilə imzalanan müqavilə imkan yaradıb. Belə ki, şirkət stadionun ad hüquqlarını əldə edib.
Mənbənin məlumatına görə, təxminən 20 il müddətinə nəzərdə tutulan uzunmüddətli müqavilə hər iki kluba ümumilikdə 650 milyon avroya yaxın gəlir gətirəcək. "Milan" və "İnter" nümayəndələri bu sazişi dünya futbolunda ən əhəmiyyətli sövdələşmələrdən biri kimi qiymətləndirirlər.
Bununla yanaşı, beynəlxalq oyunlar zamanı stadionun adı dəyişdiriləcək. Belə matçlarda arena "Generali Stadium" əvəzinə "Milano Stadium" adlandırılacaq. Bu zaman sponsorun adına istinad edilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 Oktyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















