“Milan”ın keçmiş futbolçusu Leaonu sərt tənqid etdi
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İtaliyanın “Milan” futbol komandasının hücumçusu Rafael Leao keçmiş futbolçu Joze Luis Vidiqalın tənqidinə məruz qalıb.
İdman.Biz xəbər verir ki, Vidiqal “MilanNews” nəşrinə açıqlamasında portuqaliyalı futbolçunun İtaliya çempionluğundan sonra özünü həddindən artıq yüksək qiymətləndirdiyini bildirib.
“Bir vaxtlar “Sportinq”in akademiyasının direktoru olmuşam. Leaonun, eləcə də hazırda PSJ-də çıxış edən Nunu Mendeşin inkişafında iştirak etmişəm. Onların hamısı böyük istedada malikdir. Lakin bəzən davranışlarında səhvlərə yol verirlər. Leaonun da ciddi səhvə yol verdiyi bir dövr olub”, - deyə Vidiqal bildirib.
Keçmiş futbolçu hesab edir ki, “Milan” rəhbərliyi də hücumçunun karyerasının həmin mərhələsində düzgün qərar qəbul etməyib:
“Leao A Seriyasının ən yaxşı futbolçusu seçildiyi mövsümdən sonrakı ildə çətinliklə üzləşdi. Bəlkə də həmin vaxt təkcə o deyil, “Milan” da səhvə yol verdi. Onu başqa kluba buraxmağın vaxtı çatmışdı. Belə olsaydı, özünün düşündüyü qədər böyük futbolçu olmadığını anlayardı. Həmişə deyirlər ki, zirvəyə çatmaq deyil, orada qalmaq çətindir. Leao da ən yaxşı futbolçu statusunun yaratdığı təzyiqin öhdəsindən gəlməkdə çətinlik çəkdi”.
Vidiqalın sözlərinə görə, Leao “Milan”ın çempion olduğu mövsümdə möhtəşəm çıxış edib:
“O, həmin mövsümdə inanılmaz idi və nəticələrə ciddi təsir göstərirdi. Amma kimsə onu yenidən reallığa qaytarmaq üçün düzgün addım atmadı. Bəli, klub onu yaxşı idarə etmədi”.
Qeyd edək ki, Leao “Milan”ın 2021/2022 mövsümündə İtaliya çempionluğunu qazanmasında əsas rol oynayıb və A Seriyasının ən yaxşı futbolçusu seçilib. 30 avqust 2026-cı ildə isə “Milan”dan “Qalatasaray”a transfer olunub. Türkiyə təmsilçisi 27 yaşlı portuqaliyalı futbolçu üçün 38 milyon avro (75 milyon AZN) ödəyib. Tərəflər arasında dördillik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Leao yeni komandasında hər mövsüm 10 milyon avro məvacib alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Oktyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















