Icma.az
close
up
RU
Millət vəkili: Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir

Millət vəkili: Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcma nümayəndələrini qəbul etməli və onların istəklərini özlərindən eşitməlidir".


"Sherg.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.


"Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir. Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk deyil. Vaşinqton səfərindən uğursuz qayıdan və “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ Administrasiyası ilə dialoq qura bilməyən Paşinyan revanşist məqsədlərinə dəstək almaq üçün Paris səfərindən öncə mətbuata üz tutmalı olub. Dövlət sərhdədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki ölkə arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadılması ilə bağlı onun hökuməti Brüsselə müraciət ünvanlayıb. Təbii ki, Fransanın xeyir duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətinə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkdə davam edəcəklər. Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 Azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 Azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaratmışdır". 


Parlament üzvü qeyd edib ki, Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib:

 "Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin əməllərinin hazırda Bakıda keçirilən məhkəmə prosesində sübutu Ermənistanın dövlət olaraq hüquqi məsuliyyət daşıması yolunda ciddi addımlardır. Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də Paşinyan bir müddət əvvəl Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirli bilinən şəxslərə “psixoloji təsirə malik maddələr verilməsi” kimi absurd iddialar səsləndirdi. İndi isə Ermənistan Baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında, şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələri Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdırlar".


Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri