Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Milli ailə və təhsil modelləri milli ideologiyanın əsas komponentləri kimi

Milli ailə və təhsil modelləri milli ideologiyanın əsas komponentləri kimi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Azərbaycan dövlətinin çoxşaxəli daxili siyasətinin mərkəzində insan kapitalı dayanır. Təbii resurslarının insan kapitalına çevrilməsi əsas prioritetlərdən biridir. Hədəf təkcə ölkə vətəndaşının təhsil və elmi biliklərinin artırılması, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması deyil, həmçinin ideoloji hazırlığının yüksəldilməsidir. Bu ideologiya isə azərbaycançılıq məfkurəsinə söykənir. Bu məfkurəni mənimsəmiş şəxsiyyətin yaradılması bu gün də aktual olaraq qalır.

Prezident İlham Əliyev 2024-cü il 14 fevralda Milli Məclisdə keçirilən andiçmə mərasimindəki tarixi çıxışında çox vacib bir məqama toxundu. Dövlətimizin başçısı 2020-ci ildə əldə olunan böyük Zəfərdən sonra qarşıdakı illərdə ölkəmizin tutacağı ideoloji xəttin konturlarını səsləndirdi.

Cənab Prezident ölkənin inkişafının əsas istiqamətləri haqda etdiyi çıxışında "ordu quruculuğu", "hərbi sənayenin inkişafı", "sərhədlərin qorunmasının gücləndirilməsi", "xarici risklərdən qorunmaq", "milli birlik", "azərbaycançılıq", "azad edilmiş ərazilərin bərpası", "məcburi köçkünlərin doğma yurdlarına qaytarılması", "iqtisadi və sosial sahədə inkişaf", "xarici investisiyaların cəlbi", "monopoliyalara qarşı mübarizə", "nəqliyyat infrastrukturu", "tranzit imkanlarından faydalanmaq", "texnoloji və süni intellekt sahələrinin inkişafı" ifadələrindən istifadə edib.

Ölkə başçısı post-münaqişə dövründə yeni milli ideyanın, yeni hədəflərin müəyyənləşdirilməsinin vacibliyinə toxundu. Qarşıya əsas məqsəd kimi qoyulan məsələlərdən biri də milli birlik, milli ideya və gənclərin təlim-tərbiyəsində bu meyarın vacib faktor olmasıdır:

"Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir".

Cənab Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycan cəmiyyətinin gələcəyə təhlükəsiz transformasiyası, milli yaddaşın möhkəmlənməsi, milli düşüncənin formalaşması üçün körpü rolunu oynayır.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri hesab edir ki, milli-mənəvi dəyərlər cəmiyyətimizin əsasını təşkil edir: “Xüsusilə də, gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, yad dəyərlərin çıxdaş edilməsi hər birimizin qarşısında duran əsas vəzifədir.

Doğrudan da, Cənab Prezidentin andiçmə mərasimində səsləndirdiyi tarixi çıxışı gələcək üçün milli müdafiə strategiyasıdır:

"Azərbaycan ailəsinin milli dəyərlər üzərində qurulması, bu ailədə dünyaya göz açan uşaqların milli ruhda böyüdülməsi, gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması milli birlik və mənəvi dirilik məfhumlarına söykənir. Ailə institutu və onun milli dəyərlərdən, ənənələrdən formalaşmış sağlam sütunları cəmiyyəti milli şüurun, tarixi yaddaşın diktəsi ilə istiqamətləndirməyi və özünümüdafiə imkanlarını səfərbər etməyi məharətlə bacarıb. Tarixi Qarabağ Zəfərimizin qazanılmasında da bu səfərbərliyin xüsusi rolu olub”.

Prezidentin də qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Dövlətimiz və xalqımız üçün həssas dönəmlərdə bir, diri və iri olmağı bacarmalıyıq. Azərbaycanın dünyadakı önəmi getdikcə artır. Bu da ölkəmizə qarşı məkrli, uğurumuzu həzm edə bilməyən qüvvələrin ideoloji təxribatlarını qaçılmaz edir. İnkişafımıza, zəfərimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq artıq bizi təəccübləndirmir.

Ölkə başçısının milli birliyi təhlükəsiz gələcək üçün qalxan kimi görməsi və onun təməlində milli dəyərlərin, sağlam ailə institutunun durması faktını önə çəkməsi milli ideyaya sadiqlikdən xəbər verir.

Milli təhsil modeli

Milli təhsil modelinin yaradılması da olduqca vacib məsələdir. Vətənpərvər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Hazırda Azərbaycan məktəbinin, təhsilimizin üzərinə çətin missiya düşür. Məktəb, təhsil azərbaycançılıq ideologiyasının, milli yaddaş konsepsiyamızın qorunmasında, gələcək nəsillərə çatdırılmasında önəmli amillərdəndir. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, tərbiyə və biliklər çox böyük önəm daşıyır. XXI əsrin modern dünya görüşlü, savadlı gəncini yetişdirmək məktəbin bir nömrəli missiyasıdır. Həmçinin milli şüurla bəşəri dəyərlərin sintezi Azərbaycan gəncində təzahür etməlidir. Milli təhsil modelimiz Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlardan başlayaraq, formalaşmaqda olan gənclik üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər.

Milli təhsil modelinin əsas tələblərinə təhsilimizin bütün pillə və səviyyələrində əməl olunmalıdır. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyinin formalaşdırılması milli təhsil modelinin əsas elementləridir.

Milli dəyərlərimizi layiqincə yaşadan Azərbaycan gəncliyi ölkə başçısının göstərdiyi ideoloji yol xəritəsi üzrə hərəkət edir və üzərinə düşən missiyanı məharətlə yerinə yetirir. Ailə-məktəb-cəmiyyət triosu milli dəyərlərimizin əsas müdafiə qalasıdır. Bu üçlü koordinat sistemi dayanıqlılı ideoloji inkişafın əsasını təşkil edir. Bir məqamı da qeyd edək ki, milli dəyərlərə söykənən insan kapitalının yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında öz əksini tapıb. Sosial-iqtisadi inkişada dair bu proqramın milli ideologiyamızın möhkəmlənməsinə mümkün təsirləri barədə növbəti yazımızda toxunacağıq.

Yazı “Jurnalist Təşəbbüsləri Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri