Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və risklər

Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və risklər

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Milli ideologiyaya yönəlik təxribatların getdikcə daha ciddi xarakter alması informasiya təhlükəsizliyi qaydalarına əməl edilməsini aktuallaşdırır. İnformasiyanı qorumaq, hücum risklərini azaltmaq məlumat təhlükəsizliyinin təmin edilməsinin başlıca şərtidir. Əgər biz milli ideologiyanın qorunub-saxlanılmasının, informasiya hücumlarının qarşısının alınmasının vacibliyindən danışırıqsa, o zaman bəzi texniki parametrlərə də diqqətlə yanaşmalıyıq. Çünki milli ideologiyaya yönəlik təxribatlar hansısa mücərrəd hücumlarla həyata keçirilmir. Bu, düşünülmüş və sistematik şəkildə, texnoloji vasitələrlə icra olunur.

Kompyuter texnologiyasının dilində ifadə etsək, informasiya təhlükəsizliyi adətən verilənlərə icazəsiz və ya qeyri-münasib formada girişin, onlardan qeyri-qanuni istifadənin, informasiyanın açıqlanmasının, pozulmasının, silinməsinin, dəyişdirilməsinin, təftiş edilməsinin, qeydə alınmasının və ya dəyərsizləşdirilməsinin qarşısının alınmasını və ya azaldılmasını əhatə edir. İnformasiya müxtəlif formada - elektron, qeyri-elektron, canlı yaddaş şəklində qorunur. İnformasiya təhlükəsizliyi hər bir təşkilatın məhsuldarlığına əngəl yaratmadan məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumaq deməkdir. Bu halda balanslaşdırılmış və səmərəli siyasət həyata keçirmək mümkündür.

Diqqət yetiriləsi vacib məqamlar

İnformasiya təhlükəsizliyində potensial boşluqları müəyyən etmək;

Riskləri qiymətləndirmək;

Risklərin necə həll edilməsi barədə qərarın verilməsi;

Elektron qaydada informasiyanı qorumaq üçün güclü parollardan, antivirus proqramılarından istifadə olunur. Təcrübə göstərir ki, informasiya təhlükəsizliyinin pozulmasının 80 faizi təşkilatın daxilindən qaynaqlanır. Təhlükəsizlik parametrlərinə və standartlara əməl olunmaması, parolların qorunmaması, elektron bazada boşluqların olması və s. Təhlükələrin 20 faizi güclü kənar təsirlər səbəbindən baş verir.

İnformasiya təhdidlərin üç əsas növü

Konfidensiallığın pozulmasına yönələn təhdidlər;

Əlçatımlılığın pozulmasına yönələn təhdidlər;

Tamlığın pozulmasına yönələn təhdidlər.

İnformasiya təhlükəsizliyi sahəsində ilk standart ABŞ Müdafiə Nazirliyinin "Etibarlı kompüter sistemlərinin qiymətləndirilməsi meyarları" olub. Cildinin rənginə görə çox vaxt "Narıncı kitab" adlanan bu standart ilk dəfə 1983-cü ilin avqustunda nəşr edilib.

"Narıncı kitab" giriş hüququnu pozmadan müxtəlif məxfilik dərəcəsinə malik informasiyanın istifadəçilər qrupu tərəfindən eyni zamanda emalını təmin etmək üçün yetərli aparat və proqram təminatıdır.

"Narıncı kitab"da dörd etibar səviyyəsi – D, C, B və A müəyyən edilir.

D səviyyəsi qeyri-qənaətbəxş qəbul edilmiş sistemlər üçün nəzərdə tutulub. C səviyyəsindən A səviyyəsinə keçdikcə sistemlərə daha ciddi tələblər irəli sürülür. C və B səviyyələri etibar dərəcəsinin tədricən artması ilə siniflərə bölünür (C1, C2, B1, B2, B3).

"Narıncı kitab"da daxil edilmiş təsnifatı qısaca belə ifadə etmək olar:

C səviyyəsi – girişin ixtiyari idarə edilməsi;

B səviyyəsi – girişin mandatlı idarə edilməsi;

A səviyyəsi – təhlükəsizliyin verifikasiya edilə bilməsi. (Mənbə https://dia.edu.az/wp-content/uploads/2021/03/dovlt_informasiya_sistemlrinin_thluksizliyi-proqram.pdf)

İnformasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil və təkcə elektron proqramlarla həyata keçirilmir. Bu həm də ideoloji məsələdir. Təbii ki, müasir dövrdə həm milli, həm də qlobal səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi vacibdir. Xüsusilə də, milli ideologiyaya xidmət edən ənənələrin yaşadılması, hüquqi-normativ aktlara əməl olunması, xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi böyük əhəmiyyət kəsb edir. İnformasiya müharibələrinin artması, süni intellektin həyatımıza inteqrasiyası, təhsil mühitinin yenilənməsi və medianın funksional rolu getdikcə özünü daha qabarıq göstərir. Bu gün məqsədli şəkildə milli ideologiya xaotikləşdirilir. Bəşəri dəyərlər, fundamental azadlıqlar adı altında bəzən milli ənənələrin sıxışdırılmasının şahidi oluruq. Xarici təsirlər və ideoloji təzyiqlər milli şüurda müəyyən izlər buraxır, insanlarda çaşqınlıq yaradır. Milli ideologiyanın xaotikləşdirilməsi bizim iradəmizdən asılı olmadan baş verir və nəticədə milli düşüncə sistemi deqradasiyaya uğrayır. İnformasiya təhlükəsizliyi eyni zamanda milli şüurun, ideologiyanın və cəmiyyətin gələcəyinin qorunması məsələsidir. Hazırlanacaq milli strategiyalar da bu reallıqları nəzərə almalı, informasiyanın təsiri ilə formalaşan yeni insan və yeni cəmiyyət modelini dərk edərək formalaşdırılmalıdır.

Beynəlxalq təzyiqlərə qarşı milli müqavimət mexanizmləri gücləndirilməlidir. Elmi və texnoloji tərəqqi əldə etməklə kənar təsirlərdən asılılığı minimuma endirmək olar. Əgər bu gün azyaşlı övladlarımız yerli deyil xarici telekanalları izləyirsə, telefonlarda xarici oyunlardan istifadə edirsə, Azərbaycan tarixi, ədəbiyyatı və ana dili kimi kitablardan uzaq düşürsə, deməli problem biz düşündüyümüzdən də ciddidir. Övladlarımızın texnologiyaların zərərli təsirlərindən xilas edilməsi, arzuolunmaz vərdişlərdən uzaqlaşdırılması üçün həm ailə, həm dövlət, həm də cəmiyyət olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. İnsan şüuruna təsir edən ən kütləvi alətlərdən biri olan medianın əhatə dairəsi bu gün çox genişlənib. Medianın internet və sosial şəbəkələr üzərindən fəaliyyəti onun təsir gücünü daha da artırıb. Universal bir platformaya çevrilən medianın imkanlarından istifadə etməklə milli ideologiyamızın əsas komponentlərini təbliğ etməli, geniş auditoriyaya yaymalıyıq.

Müasir siyasi məkanın medialaşması virtual məkana yeni çalarlar qazandırır. Kütləvi dünyagörüşünün formalaşması və siyasi reallığın dərki virtual məkanlar tərəfindən həyata keçirilir. İnformasiya müharibəsi şəraitində riskləri minimuma endirmək üçün milli informasiya məkanının idarəolunanlığının və suverenliyinin qorunması aktuallaşır. Qlobal informasiya müharibəsi kontekstində informasiya təhlükəsizliyini təmin etmək və ictimai şüura kənar təsirlərin aktiv cəhdlərinə qarşı çıxmaq üçün dövlətlər qorunan milli internet seqmentlərinə malik olmalıdırlar.

Bu gün beynəlxalq təhdidlər özünü daha çox informasiya məkanında göstərməkdədir. Qlobal müharibələr sosial mediada aparılır. İnformasiya texnologiyalarının sürətlə inkişafı mövcud sahədəki təhlükəsizliyin təmin edilməsi zərurətə çevirir. Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı konsepsiya, doktrina və digər hüquqi-normativ aktların müasir dövrün tələblərinə uyğun olaraq işlənilib hazırlanması və qəbulu günümüzün tələbidir.

Yazı Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” adlı layihə çərçivəsində hazırlanmışdır. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri