Icma.az
close
up
RU
Azərbaycan dili milli ideologiyanın simvolu və strateji inkişaf hədəfi

Azərbaycan dili milli ideologiyanın simvolu və strateji inkişaf hədəfi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan xalqının çoxəsrlik tarixi, zəngin dili və bənzərsiz mədəniyyəti dünya sivilizasiyasının ayrılmaz parçası kimi çıxış edir. Bu mənada, dil yalnız bir ünsiyyət vasitəsi deyil, eyni zamanda milli mənsubiyyətin rəmzi, mədəni kollektiv yaddaşın daşıyıcısı və dövlətçilik ideologiyasının strateji sütunudur. Hər bir xalqın dili və əlifbası onun tarixi varlığını, mənəvi dirçəlişini və siyasi iradəsini ifadə edən fundamental dəyərlərdəndir. Məhz bu səbəbdən Azərbaycan dilinin inkişafı, qorunması və gələcək nəsillərə ötürülməsi müstəqil dövlətimizin prioritet məqsədləri sırasında yer alır. Bu dil, həm milli kimliyimizin ifadə vasitəsi, həm də suveren Azərbaycan dövlətinin geosiyasi və ideoloji dayağı kimi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan dilinin və əlifbasının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf yolu məhz bu baxımdan xüsusi elmi təhlil və konseptual yanaşma tələb edir. 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması isə yalnız mədəni bayram deyil, həm də milli şüurun, dövlət ideologiyasının, azərbaycançılıq fəlsəfəsinin bir təntənəsidir. Azərbaycan dili – türk dilləri ailəsinə mənsub olan, lakin öz tarixi inkişaf yolu, ədəbi ənənəsi və fonetik strukturu ilə seçilən bir dildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, təfəkkür tərzini, psixologiyasını, dünyagörüşünü özündə əks etdirən bir mədəniyyət daşıyıcısıdır. Xalqın dili üzərində yüzilliklər boyu aparılan ideoloji təzyiqlər, sovet dövründəki ruslaşdırma siyasəti, müxtəlif dövrlərdə dəyişən əlifba islahatları bu dilin mənəvi sərvət kimi qorunmasının nə qədər vacib olduğunu bir daha sübut edir. Tarixi baxış bucağından yanaşdıqda, Azərbaycan əlifbası XX əsrdə üç dəfə köklü dəyişikliklərə məruz qalmışdır: əvvəl ərəb əlifbasından latın qrafikasına keçid, sonra kiril əlifbasının tətbiqi və nəhayət, müstəqillik dövründə yenidən latın əlifbasına qayıdış. Bu dəyişikliklər sırf texniki və ya praktiki səbəblərlə bağlı olmamış, hər biri siyasi-i¬deoloji motivlər daşıyırdı. Məhz bu kontekstdə Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla 1 Avqustun Azərbaycan əlifbası və dili günü kimi təsis edilməsi sadə bir tarix seçimi deyil, milli-mənəvi identitetin təntənəsi idi. Latın qrafikasına keçid yalnız xarici görünüş baxımından bir dəyişiklik deyildi. Bu addım Azərbaycanın müstəqil dövlət kimi qərblə inteqrasiyası, türk dünyası ilə dil və mədəniyyət birliyi istiqamətində strateji seçimi idi. Həmçinin bu dəyişiklik, Sovet dönəmindən miras qalmış ideoloji yükdən qurtulmağın simvolik və praktik ifadəsi oldu. Çünki kiril əlifbası Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun deyildi və ana dilinin düzgün öyrədilməsində çətinlik yaradırdı. Müstəqillik dövründə dilin dövlət statusunun Konstitusiyada təsbit olunması, Azərbaycan dilinin tədrisi, tətbiqi və inkişafı istiqamətində mühüm qanunvericilik aktlarının qəbul edilməsi onun dövlət idarəçiliyi, təhsil, elm və informasiya məkanında aparıcı rolunu daha da gücləndirdi. Prezident İlham Əliyevin dil siyasətinə verdiyi davamlı dəstək bu istiqamətdə mühüm institusional nəticələr doğurmuşdur. Xüsusilə 2018-ci ildə Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən düzgün istifadə ilə bağlı imzalanan sərəncam dil məsələsinə verilən strateji önəmin təzahürüdür.

Azərbaycan dilinin elmi fonetikası, sintaksisi, lüğət tərkibi və tarixi inkişaf mərhələləri ciddi şəkildə tədqiq edilmişdir. Dilin qədim türkcə dövründən başlayaraq, klassik dövrdə Nəsimi, Füzuli, Vaqif kimi şairlərin dili ilə zənginləşməsi, müasirləşmə mərhələsində Axundov, Zərdabi, Sabir kimi maarifçilərin xidmətləri bu dilin əbədiyaşarlığını təmin edən mədəni dayaqlar olmuşdur. XX əsrin 30-cu illərində Azərbaycan dilində yazı və danışıq normalarının tənzimlənməsi sahəsində aparılan dilçilik araşdırmaları isə müasir ədəbi dilimizin struktur əsaslarını qoymuşdur. Bütün bu tarixi mərhələlərin ortaq məqamı budur ki, Azərbaycan dili heç zaman sırf bir rabitə vasitəsi kimi deyil, ideoloji, siyasi və mənəvi silah kimi fəaliyyət göstərmişdir. Milli Azadlıq Hərəkatı dövründə xalqın birləşdirici amili kimi məhz ana dili ön plana çıxmış, meydanlarda səslənən şüarlar, çap olunan qəzetlər, aparılan çıxışlar milli kimliyin dirçəlişinə çevrilmişdir. Heydər Əliyevin "mən fəxr edirəm ki, azərbaycanlıyam" ifadəsi ilə tamamlanan dil konsepsiyası, bu dili bir rəsmi dövlət dili olmaqdan çıxarıb, milli ideologiyanın strateji sütununa çevirmişdir. Bugünkü dövrdə Azərbaycan dili yalnız ölkə daxilində deyil, diaspor vasitəsilə xaricdə də yayılır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan məktəblərində və diaspor təşkilatlarında ana dilində təhsilin təşkili, həm milli kimliyin saxlanması, həm də ölkəmizin yumşaq güc siyasətinin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə həyata keçirilən mədəni diplomatiya təşəbbüsləri, xüsusilə də Heydər Əliyev Fondunun dəstəyi ilə icra olunan dil tədrisi proqramları diqqətəlayiqdir.
Media və informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin rəqəmsal platformalarda tətbiqi və inkişafı yeni vəzifələr müəyyən edir. Elektron resursların, süni intellekt əsaslı texnologiyaların, dil korpuslarının yaradılması, mətnlərin avtomatik emalı kimi sahələrdə Azərbaycan dili üzrə tədqiqatların genişləndirilməsi vacibdir. Bu istiqamətdə artıq AMEA və digər elmi qurumlar tərəfindən atılan addımlar, söz bazalarının genişləndirilməsi, dilin süni intellekt mühitinə inteqrasiyası istiqamətində aparılan tədqiqatlar son dərəcə aktuallaşmışdır. Əlifbanın isə yalnız yazı vasitəsi kimi deyil, milli kod kimi qəbul edilməsi zəruridir. Hər bir əlifba öz dövrünün ideoloji daşıyıcısı olduğu qədər, həm də siyasi prioritetləri ifadə edir. Azərbaycan xalqının yenidən latın əlifbasına qayıdışı, bir tərəfdən türk kimliyinə bağlılığın göstəricisi, digər tərəfdən isə müasir dünya ilə inteqrasiya seçiminin təsdiqidir. Bu səbəbdən əlifba və dil məsələsinə yanaşma sırf texniki və ya pedaqoji deyil, həm də strateji olmalıdır.
Nəticə olaraq demək olar ki, Azərbaycan dili və əlifbası bu gün ölkəmizin suverenliyinin, milli varlığının, ideoloji bütövlüyünün əsas simvollarından biridir. Onun inkişafı, qorunması və gələcək nəsillərə ötürülməsi yalnız dilçilərin deyil, bütün cəmiyyətin ümummilli vəzifəsidir. 1 Avqust bu mənada təqvimdəki sadə bir tarix deyil – milli özünüdərk və dövlətçilik şüurunun təcəssümüdür. Azərbaycan dili yaşadıqca Azərbaycan xalqı və dövləti də yaşayacaq!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri