Icma.az
close
up
RU
525 ci qəzet Qəriblikdə yaşayıb yaratmış görkəmli alim

525 ci qəzet Qəriblikdə yaşayıb yaratmış görkəmli alim

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rafiq ƏLİYEV,
Professor

Azərbaycan elminin dünyaya tanıdılmasında mühüm xidməti olan görkəmli alim Novruz Allahverdinin süni intellektin müxtəlif sahələri, eləcə də qeyri-səlis ekspert sistemlərinin layihələndirilməsi və tətbiqi ilə bağlı elmi işləri hazırda müvəffəqiyyətlə tətbiq edilir.

1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuş Novruz Allahverdi 1966-cı ildə Ağdamdakı 1 nömrəli məktəbi gümüş medalla bitirib. Sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) Kompüter Mühəndisliyi ixtisası üzrə daxil olub. Onun akademik fəaliyyəti təhsilini başa vurduqdan sonra bir müddət sözügedən universitetdə çalışmaqla başlayıb. 1976-1979-cu illərdə Moskva Energetika institutunun aspiranturasında oxuyub, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya işini müdafiə edərək 1979-cu ildə texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Həmin illərdən etibarən artıq sahəsi üzrə mütəxəssis və elmi fəaliyyəti ilə tanınan N.Allahverdi bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb.

90-cı illərin əvvəllərində kompüter mühəndisliyi üzrə tanınmış professor kimi Novruz Allahverdi Türkiyənin Səlcuq Universitetindən rəsmi dəvət alaraq Konya şəhərinə köçmüş və akademik fəaliyyətinə burada davam edib. Səlcuq Universitetində dosent, daha sonra professor vəzifələrində çalışmış N.Allahverdinin təşəbbüsü ilə 1998-ci ildə Səlcuq Universitetinin Texniki təhsil fakültəsində Elektronika və kompüter təhsili kafedrası yaradılıb. Görkəmli alim 2012-ci ilə qədər bu kafedraya rəhbərlik edib. 2012-ci ildə isə Səlcuq Universitetinin Texnologiya fakültəsində yenə də N.Allahverdinin təşəbbüsü nəticəsində Kompüter mühəndisliyi kafedrası təşkil edilib və 3 il o özü həmin kafedranın rəhbəri olub.

Bu dövrlərdə Novruz Allahverdi elminin zirvəsinə çataraq kompüter elmləri sahəsində öncül alimlərdən birinə çevrilib. O, prosessorların və çoxprosessorlu paralel hesablama sistemlərinin layihələndirilməsi, distant təhsil problemləri, habelə süni intellekt problemlərini araşdırıb. Son illərdəki elmi fəaliyyətində onu tibdə və avtomatlaşdırmada qeyri-səlis məntiqin, süni neytron şəbəkələrinin və digər süni intellekt metodlarının tətbiqi problemləri daha çox maraqlandırırdı.

N.Allahverdi ömrünün son illərində Konyadakı Karatay Universitetinin "Kompüter mühəndisliyi" kafedrasının müdiri olaraq, həm akademik, həm də idarəetmə sahəsində uzun illər toplamış olduğu təcrübəylə tələbələrin yüksək səviyyəli təhsil almasını təmin edib.  N.Allahverdinin rəhbərliyi ilə 1998-2023-cü illərdə kompüter elmləri üzrə 8 doktorluq və 36 magistr dissertasiyası uğurla hazırlanaraq müdafiə edilib. Bundan əlavə, həmin dövrdə, 9 professor, 7 dosent və 5 yardımçı dosent olmaqla, ümumilikdə 21 alim məhz N.Allahverdinin rəhbərliyi altında təkmilləşərək yüksəlib. "Google Scholar" beynəlxalq bazasının hesabatlarına görə, bugünə kimi N.Allahverdinin elmi işlərinə 2870-ə qədər istinad var.

Səlcuq Universitetində işlədiyi illərdə regionlararası və beynəlxalq miqyaslı bir çox elmi və texniki layihələrə rəhbərlik edib. Bu layihələrə kompüter elmləri mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşmək, innovativ həllər hazırlamaq və sektorun inkişafı üçün bir araya gəldiyi mühüm əməkdaşlıq təşəbbüsləri də daxildir. N.Allahverdinin bu layihələrdəki iştirakı onun həm texniki, həm də strateji səviyyədə əhəmiyyətli töhfələr verməsinə imkan verdi. Beynəlxalq arenada belə fəal iştirak onu dünya miqyasında tanınan ekspertə çevirdi və kompüter elmləri sahəsinə beynəlxalq təsir yaratdı. Bu layihələrin uğurları onu göstərirdi ki, N.Allahverdi təkcə elmi tədqiqatlara töhfə verməmiş, həm də beynəlxalq səviyyədə elmi ictimaiyyətdə mühüm liderlik rolunu öz üzərinə götürmüşdü.

N.Allahverdi kompüter elmləri sahəsi üzrə nüfuzlu jurnallarda dərc olunan 90 məqalə, 55 beynəlxalq konfrans materialı və 10 kitab olmaqla, ümumilikdə 155 akademik nəşrin müəllifidir. Onun geniş akademik fəaliyyəti kompüter elmləri sahəsində əhəmiyyətli təcrübə və liderlik səviyyəsini təmsil edən mövzuları əhatə edir. Bu töhfələr kompüter elmləri sahəsində mövcud inkişafları başa düşmək, bu sahədəki problemlərin həllini tapmaq və bilikləri genişləndirmək baxımdan mühüm mənbə rolu oynayır. Eyni zamanda bu nailiyyətlər Novruz Allahverdinin milli və beynəlxalq səviyyəli elm aləmində tanınmış sima olmasına təkan verib.

2023-cü ilin 8 fevralında dünyasını dəyişmiş görkəmli alimimizi vəfatının ikinci ilində dərin ehtiramla yad edirik. Ruhu şad olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri