Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Həyəcan təbili” ilə “yaşıl” hərəkat yaratmış alim

“Həyəcan təbili” ilə “yaşıl” hərəkat yaratmış alim

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya şöhrətli təbiətşünas alim, unudulmaz ziyalı, akademik Həsən Əliyevin anadan olduğu gün həmişə ölkəmizdə ehtiramla qeyd olunur. Azərbaycan təbiətinin patriarxı kimi özündən sonra xalqına zəngin elmi-ekoloji irs qoymuş, ölkəmizdə “Həyəcan təbili” çalaraq milli “yaşıl” hərəkat yaratmış yurdsevər alimin nurlu xatirəsini çoxsaylı yetirmələri və davamçıları daim sevgi-sayğı ilə yad edirlər.

Akademik Həsən Əliyevin ideya və əməlləri ölkəmizdə keçirilən “yaşıl” həmrəylik ilində və yenicə başa catmış COP29 cərçivəsində təşkil edilən müzakirələrdə aktuallığı ilə diqqət mərkəzində oldu, alimə dönə-dönə minnətdarlıq və rəhmət qazandırdı. Qeyd edildi ki, mübariz təbiətşünas uzun illər boyu nəinki füsunkar və dünyada bənzəri olmayan Azərbaycan təbiətinin mühafizəsinə xüsusi önəm verirdi, o həm də təbii sərvətlərin qorunub gələcək nəsillərə bütün incəlikləri ilə çatdırılmasına ümumbəşəri əhəmiyyətli iş kimi baxırdı. Həsən Əliyev həm öz kəsərli publisistik sözü və elmi, həm də əməli işi ilə qlobal anlamda təbiətə xidmət edirdi.

Alim təbiətin qənimləri ilə vuruşur, həyəcan təbili çalırdı. Onun “Həyəcan təbili” adlı kitabı da bu baxımdan təbiətşünaslığa ən dəyərli elmi töhfədir. Bu kitab bütün dünyanı təbiətin qorunmasında, mühafizəsində, bir sözlə, ekoloji tarazlığın saxlanmasında səyləri birləşdirməyə güclü çağırış kimi səslənir. Aradan illər keçib, zaman dəyişib, lakin kitabın elmi dəyəri, kəsəri ildən-ilə öz tərafətini saxlayır.

Dünya şöhrətli alim parlaq bir həyat yaşayıb, xalqa, vətənə göstərdiyi misilsiz xidmətləri ilə əvəzsiz örnəyə, məktəbə çevrilib. Onun keçdiyi həyat yolu da fikirlərimizi bir daha təsdiqləyir. Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasına böyük əmək sərf edib. Eyni zamanda, akademiyanın torpaqşunaslıq və coğrafiya bölmələrinin qurulmasında da mühüm rol oynayıb.

Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laueratı, Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyev ölkəmizdə çoğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin aşkarlanmasında müstəsna xidmətlər göstərib. Alim çoxillik fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirib.

O dövrdə dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də ətraf mühitin çirklənməsi geniş yayılmışdı. Belə bir şəraitdə bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdı. Onların arasında akademik Həsən Əliyev də vardı. O, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar görkəmli alimin təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda təbiətin mühafizəsi şöbəsi açılmış və ona institutun direktoru akademik Həsən Əliyev özü rəhbərlik etmişdi.

Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapmışdı. 1982-ci ildə işıq üzü görən bu kitab, həqiqətən, füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan həyəcan təbili idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından biri kimi haray saldım, dövrü mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin”.

Həsən müəllim təbiətə qarşı son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Publisist alim meşəni haqlı olaraq “həyat mənbəyi, yaşıl ciyər”, havanı təmizləyən və tənzimləyən əvəzsiz sərvət, torpağın xilaskarı adlandıraraq yazırdı: “Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır... Meşəni, Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur. Yaşıllığa ölçüsüz – biçisiz hücum insana qarşı yönəldilmiş ən ağır müharibədir. Düşmən hər hansı bir ölkəyə hücum edəndə birinci növbədə onun adamları ilə bərabər meşəsini də qırır. Meşəsi məhv olmuş milləti, xalqı, torpağı təslim etmək, məhv etmək asandır. Meşə xalqın sərvətinin tacıdır, meşəsiz torpaq yazıqdır, səqirdir, miskindir”.

Akademik Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, o, 500 elmi əsərin, onlarla kitab və monoqrafiyanın müəllifi olub. Alimin rəhbərliyi sayəsində ölkəmizdə 40-a qədər elmlər namizədi, 8 elmlər doktoru yetişib. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qoruyaraq, inkişaf etdirib. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini verib. Respublikamızda bu sahələrdə elmi sistemlər qurulub və praktik fəaliyyət uğurlu nəticələr verib.

Həsən Əliyev yalnız elmi fəaliyyətlə kifayətlənməyib, elmin təbliği və cəmiyyətin maarifləndirilməsi ilə bağlı mühüm işlər görüb. 1970-ci ildən akademikin elmi fəaliyyətinin yeni dövrü başlanıb. Bu mərhələdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kür boyu Tuqay meşələri”, “Yaşıl sərvətin keşiyində”, “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” və s. kimi dəyərli kitabları nəşr olunub. Alimin əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq, ABŞ, Fransa, Belçika, Şərqi Avropa ölkələri, Vyetnam və Yaponiyada geniş içtimaiyyətə çatdırılıb. Onun əsərləri dünyanın 20-yə yaxın ölkələrində çap olunub.

Həsən Əliyevin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humanistliyi, vətənpərvərliyi ilə məhdudlaşmayıb. O, qəlbinin hökmü ilə doğma Azərbaycanın kənd və qəsəbələrini qarış–qarış gəzərək, insanlarla görüşüb, problemlərini öyrənib, onları təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirib. Eyni zamanda, dünyanın əksər ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alaraq, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edib.

Akademikin xatirəsinə ən böyük abidə bu gün Azərbaycan təbiətinin yaşıllaşdırılmasına göstərilən qayğıdır, təbiətin sağlamlaşdırılmasıdır. Respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi və artırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, yerli qurumların təşkilatçılığı ilə davamlı şəkildə ağacəkmə kampaniyası keçirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədə gördüyü işlər nəinki ölkəmiz, həm də bütün dünyanın təbiətsevərləri üçün əvəzsiz örnəkdir. Onu da qeyd edim ki, bu gün gəncliyin təbiətə qayğısı kimi IDEA İctimai Birliyinin ekoloji layihələri çərçivəsində aparılan yaşıllaşdırma işləri, habelə on minlərlə ağacın əkilməsi təbiətin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına dəyərli töhfədir.

Həsən Əliyev bu gün həyatda olmasa da, onun mənəvi irsi, ölməz ideyaları yaşayır. Böyük alimin illər öncə söylədiyi fikirlər, təbiətin yaraları ilə bağlı çaldığı “Həyəcan təbili” bu gün daha gur səslənir, hətta coğrafi sərhədləri aşaraq narahat və ekoloji problemlərə məruz qalan dünya xalqlarının təbiət marşına çevrilib.

Bəxtiyar HÜSEYNOV,
ETSN-in 1 saylı Regional İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Dekabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri