Icma.az
close
up
RU
“Milli baş geyimi və örtükləri” layihəsi

“Milli baş geyimi və örtükləri” layihəsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 15-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində növbəti tədbirini Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində təşkil edib. Layihə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi kiçik qrant müsabiqəsində qalib gəlib və Agentliyin maliyyə dəstəyi ilə həyata keçirilir.

Salyan Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov bu layihənin bölgə ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edərək, regionlarda milli-mənəvi dəyərlərin qorunmasının  vacibliyini vurğulayıb. Layihənin rəhbəri Güllü Eldar Tomarlı təşəbbüsün  məqsədləri, fəaliyyət istiqamətləri və indiyə qədər görülmüş işlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu layihə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, papaq, araqçın, örpək və digər ənənəvi örtüklərin tədqiqinə, təbliğinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva,  ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu və birliyin üzvü Zülfiyyə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist, Əzizağa Məmmədli, Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin anası Sevil Hüseynova çıxışlarında qeyd ediblər ki, milli geyimlər yalnız maddi mədəniyyət nümunəsi deyil, həm də xalqın yaddaşında və kimliyində mühüm yer tutan simvolik dəyər daşıyır. Natiqlər layihənin maarifləndirici və tərbiyəvi əhəmiyyəti xüsusi vurğulayıblar.  

Aşıqlar Rəvanə Mirzəyeva,  Nərmin Cəlal və Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri ifaları ilə tədbirə xüsusi bədii ovqat bəxş ediblər. Saz və sözün vəhdətində xalqın ruhunu yaşadan sənət nümunələri alqışlanıb.   

 Layihə çərçivəsində kəlağayı, papaq, tirmə çalma və digər milli baş geyimlərindən ibarət sərgi nümayiş etdirilib. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən nəşr olunmuş kitablar da sərgi zamanı ziyarətçilərə təqdim olunub.  

Layihə çərçivəsində növbəti tədbirlərin Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri