Icma.az
close
up
RU
“Milli baş geyimi və örtükləri”

“Milli baş geyimi və örtükləri”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

28 iyun 2025-ci il tarixində Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli baş geyimi və örtükləri” layihəsi çərçivəsində ilk tədbir keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olmuşdur.

Tədbirin aparıcısı və layihənin rəhbəri Güllü Eldar Tomarlı tədbiri açaraq layihənin məqsədləri, istiqamətləri və əhəmiyyəti haqqında geniş məlumat verdi. Bildirildi ki, layihənin əsas məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin – kəlağayı, örpək, araqçın, papaq və digər ənənəvi örtüklərin tədqiqi, təbliği və gələcək nəsillərə ötürülməsidir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək layihənin mədəni və tərbiyəvi əhəmiyyətindən danışdı, bu cür təşəbbüslərin milli dəyərlərimizin qorunması və təbliğində mühüm rol oynadığını vurğuladı.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd etdi ki, milliliyimizi tanıtmaq, bu gündən sabaha ötürmək, gələcək nəsillərə çatdırmaq mədəniyyətimizə həm xidmət, həm də mədəniyyətimizin inkişafıdır. Bu gün Güllü Eldar Tomarlı nənələrimizin, analarımızın, qız- gəlinlərimizin  müqəddəs örpəyi olan kəlağayılarımızın danışan dilidir.

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Solmaz Kosayeva öz çıxışında milli kimliyimizin mühüm daşıyıcılarından olan baş geyimlərinin həm məişətdə, həm də rəmzi anlamda xalq həyatında tutduğu yerə diqqət çəkdi.

Tədbir çərçivəsində Azərbaycan kişilərinə və qadınlarına məxsus müxtəlif dövrlərə aid milli baş geyimlərinin – kəlağayıların, papaqların, tirmə çalmanın və digər örpəklərin sərgisi təşkil olundu. Sərgi ziyarətçilərdə böyük maraq doğurdu, ziyarətçilər milli ornamentlərlə bəzədilmiş geyim nümunələri ilə yaxından tanış olmaq imkanı qazandılar.

"Nənə qızlar folklor ansamblı" - nın rəhbəri Almara Nəbiyeva və folklor ansamblı, 225 saylı məktəbin direktor müavini, yazıçı, "Kiçik Akademiya" nın qurucusu və rəhbəri Zenfira Nusalova, qazilər, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun ( MAFİ) kordinotoru, folklorşünas Aynur Qəzənfərqızı, gənc aşıq Nərmin Cəlal, şairlərdən Rəfail Tağızadə, Vaqif Osmanlı, Brilyant Atəş, Tofiq Həsrət, Azadə Quliyeva, Moskva Milli- Mədəni Muxtariyyətinin nəzdində fəaliyyət göstərən Moskva Qadınlar Birliyinin üzvü Səidə Rəhimli, Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğlu öz maraqlı çıxışları ilə tədbirə xoş ovqat bəxş etdilər.

Quramaçı Aybəniz Camalovanın "Kəlağayı kompozisiyası" nümayiş olundu.

Tədbirin ən maraqlı hissələrindən biri isə məclisin üzvləri Hənifə Şəbnəm və Fatma Ayna tərəfindən qədim toxuculuq ənənəsinin canlı nümayişi oldu – cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsi tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Bu təqdimat xalq sənətinin unudulmaqda olan incəliklərinin yenidən yaddaşlara qaytarılması baxımından xüsusi önəm daşıyırdı.
Layihə çərçivəsində bu kimi tədbirlərin növbəti mərhələdə Salyan, Hacıqabul, Saatlı və Kürdəmir rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən media nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri layihənin yüksək səviyyədə təşkilini və milli-mədəni dəyərlərin təbliğindəki rolunu təqdir etdilər.

Sonda layihə rəhbəri Güllü Eldar Tomarlı maddi dəstək üçün Azərbaycan Respublikasının QHT Dövlət Dəstəyi Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə,  Xətai Sənət Mərkəzinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri