Icma.az
close
up
RU
Kürdəmir rayonunda “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri keçirilib

Kürdəmir rayonunda “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

25 avqust 2025-ci il tarixində Kürdəmir Rayon Gənclər Evində “Milli baş geyimi və örtükləri” layihəsinin yekun tədbiri baş tutub. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən icra olunan bu layihənin sonuncu – beşinci tədbiridir.

Tədbirdən öncə qonaqlar milli baş geyimləri və örtüklərindən ibarət sərgi ilə tanış olublar. Zəngin nümunələrin nümayiş olunduğu sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirə giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxış edib. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib və dövlət himni səsləndirilib. Güllü xanım çıxışında layihənin əsas məqsədi, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, milli geyim ənənələrinin, xüsusilə də baş geyimlərinin araşdırılması və təbliğinin mədəni irsimizin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Ardınca çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəyyam Səlimov, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Nicat Ağarəhimov, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, idarə heyətinin üzvləri Azadə Quliyeva və Səringül Sadə, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavinləri Vidadi Şabanov və Mübariz Orucov, Əbədi Tədbirlər Birliyi layihəsinin rəhbəri Polad Ağa İbrahimov və Əbədi Tədbirlər Birliyinin üzvləri Kamal Məmmədov, Fərhad Nərimanlı, Zəhra Babayeva və Sənan Namazəliyev, Mahir Dünyamalıyev öz fikirlərini bölüşüblər. Çıxışlarda milli-mənəvi dəyərlərin, xüsusilə də geyim mədəniyyətinin xalqımızın kimliyindəki önəmli yeri olduğu qeyd olunub. Bildrilib ki, belə layihələr təkcə tarixi yaddaşın yaşadılmasına deyil, həm də gənclərin milli kimlik şüurunun formalaşmasına güclü töhfə verir. Onlar bu təşəbbüsün davamlı olmasının vacibliyini xüsusi olaraq diqqətə çatdırıblar.

Tədbirin mədəni proqram hissəsi xüsusi rəng kəsb edib. İfaçılar Aşıq Nərmin Cəlal, Aşıq Həqiqət Xəlilova və Aşıq Babək Kürdəmirli çıxışları ilə iştirakçılara yaddaqalan anlar yaşadıb. Poeziya və musiqi ilə zəngin bu proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Həmçinin, layihə çərçivəsində hazırlanmış “Milli baş geyimi və örtükləri” mövzusunda videoçarx nümayiş olunub və iştirakçılara milli baş geyimləri sahəsinə həsr olunan maraqlı məqamlar təqdim edilib.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı layihənin həyata keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin Kürdəmir Rayon İcra Hakimiyyətinə, “Kürdəmir Gənclər evi”nə və bütün iştirakçılara minnətdarlığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri