Icma.az
close
up
RU
Milli birlik modeli: Həmrəylik və inkişafın təməli

Milli birlik modeli: Həmrəylik və inkişafın təməli

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

31 dekabr xalqımızın tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdikdən doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Sərəncam vermişdir. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş bu sözləri hər birimizin yaddaşına qızıl hərflərlə həkk olunub: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik bayramıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Bu bayram dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onların arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmin bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə çevrilmişdir.
Bir zamanlar hər ili yola salarkən bir-birimizə doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayırdıq. Artıq torpaqlarımız işğaldan azaddır və sakinlərimiz bu əlamətdar günü işğaldan azad edilmiş torpaqlarımızda böyük sevinclə qeyd edirlər.
Xalqımızın birlik və həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirmişdir. Azərbaycan tarixinin ən qürurlu və şərəfli dövrünü yaşayır. Azərbaycan tarixdə heç zaman bu qədər güclü və müstəqil olmamışdır. Dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. 31 dekabr tarixini dünya azərbaycanlıları tam yeni bir ovqatla qeyd edəcək.
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində dediyi kimi, müzəffər Azərbaycan Ordusunun hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində əldə etdiyi Qələbə, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.
İkinci Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və antiAzərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Fürsətdən istifadə edib torpaqlarımızın işğaldan azad olunmasında canından keçən vətən övladlarımızı rəhmətlə anır, qazilərimizə şəfa diləyirəm.
Qarşıda milli birliyimizi qorumaq, Qarabağı yenidən dünyanın ən abad, ən gözəl guşələrindən birinə çevirmək kimi yeni və mühüm vəzifələr dayanır. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız milli birlik və həmrəyliyimizi qoruyaraq bu vəzifənin öhdəsindən layiqincə gələcək.

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri