Icma.az
close
up
RU
Milli birliyin və dövlətçilik ideyasının təcəssümü ŞƏRH

Milli birliyin və dövlətçilik ideyasının təcəssümü ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il 31 dekabr tarixində qeyd olunaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli kimliyini, tarixi yaddaşını və ortaq dəyərlərini bir daha ön plana çıxarır. Bu əlamətdar gün milli birliyin, mənəvi bağlılığın və vətənə sədaqətin rəmzi kimi böyük əhəmiyyət daşıyır. Harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən əsas amillər dil, mədəniyyət, tarix və milli maraqlardır. Məhz bu dəyərlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ideya əsasını təşkil edir.

Azərbaycan xalqının tarixi inkişaf yolu nəticəsində milyonlarla soydaşımız dünyanın müxtəlif guşələrində məskunlaşıb. Onlar yaşadıqları ölkələrdə milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaraq Azərbaycanı layiqincə təmsil ediblər. Bu baxımdan həmrəylik anlayışı sadəcə etnik mənsubiyyəti deyil, eyni zamanda milli maraqlar ətrafında birləşməyi, Vətənlə mənəvi bağları daim canlı saxlamağı ifadə edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu birliyin rəsmi və mənəvi təcəssümüdür.

Bu günün dövlət səviyyəsində təsis olunması və milli təqvimimizdə xüsusi yer tutması müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması, diaspor fəaliyyətinin gücləndirilməsi və milli ideya ətrafında birləşməsi əsas prioritetlərdən birinə çevrildi. Heydər Əliyev həmrəyliyi xalqımızın güc mənbəyi kimi dəyərləndirir və dünya azərbaycanlılarının birliyini dövlətin strateji maraqları baxımından olduqca vacib hesab edirdi.

Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında diaspor siyasəti yeni mərhələyə qədəm qoyub, dünya azərbaycanlılarının fəaliyyəti daha koordinasiyalı və məqsədyönlü xarakter alıb. Xaricdə yaşayan soydaşlarımızın milli maraqların müdafiəsində fəal iştirakı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması dövlət tərəfindən daim dəstəklənir. Xüsusilə son illərdə əldə olunan siyasi və hərbi uğurlar fonunda dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik Prezident İlham Əliyevin apardığı siyasətin xalq tərəfindən dəstəkləndiyini göstərir.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı dünya azərbaycanlıları arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradıb. Sosial şəbəkələr, diaspor təşkilatları və mədəni layihələr vasitəsilə milli dəyərlər təbliğ olunur, Azərbaycanla bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Bu prosesdə həmrəylik ideyası xüsusi rol oynayır və azərbaycanlıların vahid mövqedən çıxış etməsinə imkan yaradır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gənc nəslin milli ruhda formalaşmasında da mühüm əhəmiyyət kəsb edir. Bu gün gənclərə öz köklərini unutmamağı, milli kimliyini qorumağı və harada yaşamasından asılı olmayaraq Azərbaycanla bağlılığını daim saxlamağı xatırladır. Güclü dövlətin təməlində güclü milli birlik dayanır və bu birliyin qorunması hər bir azərbaycanlının məsuliyyətidir.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli ruhunu, tarixi yaddaşını və gələcəyə olan inamını özündə birləşdirən əlamətdar gündür. Bu gün Heydər Əliyevin əsasını qoyduğu və İlham Əliyevin uğurla davam etdirdiyi milli birlik siyasətinin təntənəsidir. Azərbaycanlı olmağın qürurunu yaşadan bu gün bizi daha sıx birləşdirir və ortaq gələcəyimiz naminə həmrəyliyin vacibliyini bir daha nümayiş etdirir.

Leyla Məhərrəmova

YAP Ağcabədi rayon təşkilatının gənc fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri