Milli birliyin və qlobal Azərbaycan ideyasının rəmzi: dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ŞƏRH
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli kimliyinin, tarixi irsinin və dövlətçilik düşüncəsinin təntənəli ifadəsi olan əlamətdar gündür. Bu gün yalnız rəsmi bayram kimi qeyd olunmur, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını ortaq məqsəd və dəyərlər ətrafında birləşdirən güclü ideoloji və mənəvi platforma rolunu oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin milli həmrəyliyin müstəqil dövlətin möhkəmləndirilməsində və milli təhlükəsizliyin təmin edilməsində həlledici rol oynadığını uzaqgörənliklə qiymətləndirməsinin nəticəsidir. Ümummilli Liderin formalaşdırdığı azərbaycançılıq ideologiyası təkcə ideoloji konsepsiya deyil, eyni zamanda dünya azərbaycanlılarının təşkilatlanmasını, milli maraqların qorunmasını və beynəlxalq müstəvidə ardıcıl müdafiəsini təmin edən strateji xəttdir. Bu ideoloji xətt müasir Azərbaycan dövlətinin inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir və milli birliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
Müasir beynəlxalq münasibətlər sistemi və regional siyasətdə artan çağırışlar fonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti daha da artır. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiyalı və məqsədyönlü fəaliyyəti, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, tarixi həqiqətlərin qorunmasına və milli mövqelərin möhkəmləndirilməsinə əvəzsiz töhfə verir. Bu proses milli birliyin yalnız simvolik yox, həm də praktik gücünü nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl diaspor siyasəti dünya azərbaycanlılarının təşkilatlanma səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, onların beynəlxalq platformalarda fəallığını və təsir imkanlarını artırmışdır. Azərbaycan dövlətinin artan siyasi, iqtisadi və hərbi potensialı xaricdə yaşayan həmvətənlərimiz üçün həm qürur, həm də milli məsuliyyət mənbəyidir. Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Qələbə dünya azərbaycanlılarının vahid mövqedən çıxış etməsinin real nəticələrini nümayiş etdirmiş, milli həmrəyliyin əhəmiyyətini möhkəm şəkildə təsdiqləmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də gələcək nəsillərə ünvanlanan strateji və mənəvi çağırışdır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli kimliyini, tarixi irsini və dövlət maraqlarını qorumağa borcludur. Gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdirilməsi, onların diaspor fəaliyyətinə fəal cəlb olunması və dövlətçilik düşüncəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
31 Dekabr tarixi Azərbaycan xalqının parçalanmaz birliyinin, dövlətinə sədaqətinin və milli iradəsinin simvolu kimi müasir tariximizdə möhkəm yer tutmuşdur. Bu əlamətdar gün bir daha sübut edir ki, qlobal miqyasda güclü, təşkilatlanmış və həmrəy Azərbaycan toplumu dövlətimizin davamlı inkişafının, beynəlxalq nüfuzunun və strateji gələcəyinin əsas təminatıdır.
Aidə İsgəndərli,
Gədəbəy Şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin ƏPT sədri,
Şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Dekabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















