Icma.az
close
up
RU
Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi olmaqla yanaşı, xalqın gələcəyə inamının və milli iradəsinin siyasi təşkilatlanma formasında təzahürü idi. 1992-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində ölkənin qarşılaşdığı təhlükələr, idarəçilik böhranı və müstəqilliyin taleyi ilə bağlı narahatlıqlar cəmiyyətdə qətiyyətli liderə və aydın siyasi strategiyaya ehtiyacı artırmışdı. Belə bir məqamda Azərbaycanın tanınmış ziyalılarının Heydər Əliyevə müraciət etməsi təsadüfi hadisə deyildi. Bu müraciət xalqın böyük əksəriyyətinin düşüncələrini, gözləntilərini və dəyişiklik arzusunu ifadə edirdi. Müraciətin müəllifləri Ulu Öndərdən yeni siyasi təşkilata rəhbərlik etməyi xahiş etməklə, əslində, ölkənin gələcək inkişafına dair məsuliyyətli seçimlərini ortaya qoymuşdular. Heydər Əliyevin 1992-ci il oktyabrın 16-da həmin müraciətə verdiyi cavabda partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirməsi isə bu təşəbbüsün tarixi əhəmiyyətini təsdiqlədi. Ulu Öndər hesab edirdi ki, belə bir siyasi qüvvə müstəqil dövlətin möhkəmləndirilməsi və inkişafında mühüm rol oynaya bilər. Həyat sonrakı hadisələrlə bu uzaqgörən mövqenin nə qədər düzgün olduğunu sübut etdi.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın siyasi tarixində yeni səhifə açdı. Ölkənin müxtəlif bölgələrindən gəlmiş 550 nəfərin iştirakı ilə baş tutan konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Heydər Əliyev yekdilliklə sədr seçildi. Beləliklə, cəmiyyətin siyasi təşkilatlanma ehtiyacından doğan təşəbbüs real qüvvəyə çevrildi. YAP qısa müddətdə geniş xalq dəstəyi qazanaraq Azərbaycanın aparıcı siyasi təşkilatı səviyyəsinə yüksəldi. Onun fəaliyyətində dövlətçilik maraqlarının, milli həmrəyliyin və konstruktiv siyasi münasibətlərin əsas götürülməsi partiyanın cəmiyyətdə nüfuzunu daha da artırdı. Ulu Öndərin yaratdığı siyasi məktəbin əsas üstünlüyü yalnız mövcud problemlərə cavab verməsində deyil, gələcəyin inkişaf istiqamətlərini müəyyənləşdirmək bacarığında idi. 2005-ci ildə İlham Əliyevin partiyanın sədri seçilməsi bu siyasi irsin davamlılığını təmin edən mühüm hadisə oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP müasir Azərbaycanın inkişaf proseslərinin fəal iştirakçısına çevrildi. Ölkəmizin iqtisadi qüdrətinin artması, beynəlxalq mövqelərinin möhkəmlənməsi, güclü ordunun yaradılması və tarixi Zəfərin əldə olunması Heydər Əliyev strategiyasının yeni dövrdə uğurla davam etdirilməsinin nəticələridir. Bu nailiyyətlər həm də partiyanın ideoloji və siyasi xəttinin dövlətin strateji hədəfləri ilə uzlaşdığını göstərir.
Yeni Azərbaycan Partiyasının inkişafında qurultaylar xüsusi yer tutur. 2021-ci il martın 5-də keçirilmiş VII qurultay təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcını qoydu. Həmin qurultayda partiyanın Nizamnaməsi yeniləndi, idarəetmə strukturları təkmilləşdirildi, Veteranlar Şurası yaradıldı və Mehriban xanım Əliyeva sədrin birinci müavini təyin edildi. Partiyanın yeni Proqramında müəyyənləşdirilən strateji istiqamətlər isə müasir Azərbaycanın qarşısında dayanan vəzifələri əhatə etdi. Heydər Əliyev irsinin qorunması, güclü iqtisadiyyatın qurulması, insan kapitalının inkişafı, milli-mənəvi dəyərlərin yaşadılması, ordu quruculuğu və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış bu hədəflərin mühüm tərkib hissəsidir. Oktyabrın 2-də keçirilmiş VIII qurultay da həmin inkişaf xəttinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran yeni vəzifələri, dəyişən beynəlxalq şəraitdə milli maraqların qorunmasının vacibliyini və Azərbaycanın gələcək inkişaf prioritetlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının mövqeyindən irəli gələn əsas məqam budur ki, siyasi təşkilatın nüfuzu yalnız keçmiş nailiyyətləri ilə deyil, qarşıdakı çağırışlara necə cavab verməsi ilə də ölçülür. Bu baxımdan, YAP-ın yenilənməsi və müasir siyasi proseslərə uyğun fəaliyyət göstərməsi zəruridir.
Bu gün 769 811 min üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə malikdir. Son illərin seçki nəticələri də partiyaya göstərilən etimadın və onun siyasi nüfuzunun göstəricisidir. 2024-cü il prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi, həmin ilin sentyabrında parlament seçkilərində YAP-ın qazandığı nəticələr, 2025-ci il bələdiyyə seçkilərində əldə edilən uğurlar bu etimadın müxtəlif səviyyələrdə təzahürüdür. Bununla belə, partiyanın qarşısında dayanan vəzifələr yalnız seçkilərdə qazanılan uğurlarla məhdudlaşmır. Cəmiyyətlə sıx təmas, vətəndaş müraciətlərinə həssas münasibət, siyasi dialoqun inkişafı, sağlam rəqabət mühitinin dəstəklənməsi və milli həmrəyliyin möhkəmləndirilməsi gündəlik fəaliyyətin əsas istiqamətləri olmalıdır. Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışında ifadə olunan yanaşma da YAP-ın gələcək fəaliyyətində bu məsuliyyətin əhəmiyyətini önə çəkir. Çünki müasir dövrdə güclü siyasi təşkilat olmaq, ilk növbədə, dövlətin strateji maraqlarını düzgün dərk etmək və xalqın etimadını əməli fəaliyyətlə doğrultmaq deməkdir. 21 noyabr 1992-ci ildə əsası qoyulan siyasi hərəkatın bu günədək keçdiyi yol Azərbaycanın müstəqillik tarixinin ayrılmaz hissəsidir. YAP-ın qarşıdakı illərdə də milli maraqlara, dövlətçilik prinsiplərinə və Heydər Əliyev siyasi kursuna sadiq qalaraq ölkəmizin yeni uğurlarına töhfə verəcəyinə heç bir şübhə yoxdur.
Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri