Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasında (AFBİA) görüş keçirilib.
Hurriyyet.Az xəbər verir ki, görüş MDM-in İnkişaf Strategiyası çərçivəsində MDM tərəfindən nəzərdə tutulan maliyyə xidmətlərinin göstərilməsinə dair təqdimatın keçirilməsinə həsr olunub.
Tədbir zamanı mərkəzi depozitar tərəfindən maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni modelinin ilkin layihəsi təqdim edilmiş və AFBİA üzvləri ilə ətraflı müzakirələr aparılıb. Görüşdə fond bazarı iştirakçıları tərəfindən verilən təklif və rəylər dinlənilmiş, interaktiv fikir mübadiləsi həyata keçirilib.
Bu, MDM-in qiymətli kağızlar bazarının inkişafı və fond bazarı iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində keçirilən növbəti tədbirdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Yanvar 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















