Icma.az
close
up
RU
Milli dəyərlərimizin ən fəal təbliğatçıları

Milli dəyərlərimizin ən fəal təbliğatçıları

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Milli dəyərlərimizin, adət-ənələrimizin ən fəal təbliğatçıları olan qadınlarımız cəmiyyətimizdə mühüm rol oynadığı kimi, cəmiyyətin möhkəmliyi üçün də etibarlı təməldir. Qadına müqəddəs münasibət Azərbaycan xalqının tarixi keyfiyyətlərindəndir. Əsatirlərimizə müraciət etsək qadınlara bu haqqın tanınmasını təsdiq edən amillərin uzaq keçmişimizdən qanaqlandığını görmək olar. Bu da xalqımızın, millətimizin insan huquqlarına hörmət və ehtiramını əks etdirən ən qiymətli dəyərlərimizdəndir. Qadına dəyər siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmiləşdirilərək dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətimizdir. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Kiçik dövlət olan ailənin səadəti birinci növbədə ananın fədakarlığından asılıdır. Cəmiyyətdə anaya hörmət, qadına hörmətdir. Ümummilli Lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasına diqqətlə yanaşmışdır. Ulu Öndərin qurucusu olduğu müasir, müstəqil Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Daim diqqətdə saxlanılan bu sahədə dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmiş, mühüm qərarlar qəbul olunmuşdur. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Qadınlarımızın ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəaliyyəti, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun başlıca istiqamətinə çevrildi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşuldu.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev qadın siyasətini yeni meyarlarla zənginləşdirdiyini atdığı mühüm addımları ilə təsdiqləyir. Cənab İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində böyük qürur hissi ilə bu məqamı qeyd etmişdir ki, müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik.
Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın hər bir vətəndaşı tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlardan qürurla bəhs edir. Bu uğurlarda gənclərimizin Vətən, torpaq sevgisi öz sözünü dedi. Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızı böyüdən, onları vətənpərvərlik ruhunda tərbiyə edən analarımızın qarşısında baş əyirik. Zəfərlərimiz bir daha Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri