Icma.az
close
up
RU
Milli dəyərlərimizin təbliği...

Milli dəyərlərimizin təbliği...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmişə sədaqət, gələcəyin möhkəm bünövrəsidir

Zamanın sürətlə dəyişdiyi, qloballaşmanın sərhəd tanımadığı bir dövrdə milli dəyərlərimizin qorunması və təbliği mədəni - mənəvi məsələ olmaqla yanaşı, həm də strateji zərurətə çevrilib. Aksiomadır ki, milli dəyərlərindən uzaq düşın cəmiyyətlər zamanla aşınmaya məruz qalır, xarici təsirlərin asan hədəfinə çevrilir. Bu baxımdan milli dəyərlərin təbliği bütövlükdə cəmiyyətin, o cümlədən media, ailə, gənclər təşkilatları, ictimai institutlar və hər bir vətəndaşın üzərinə düşən məsuliyyətli bir vəzifə sayılır.

Günümüzün ən mühüm prioritetlərindən biri məhz milli-mənəvi dəyərlərimizin müasir formada yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Buna nail olmaq üçün isə milli həmrəylik, birlik ən mühüm amillərdəndir - milli dəyərlərin təbliği xalqın mənəvi immunitetini gücləndirir, gənclərin milli ruhda tərbiyəsinə töhfə verir və cəmiyyətin mənəvi birliyini qoruyur. Çünki Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və yüzillər boyunca cilalanmış milli dəyərləri bu gün bizim həm kimliyimiz, həm də güc mənbəyimizdir.

Azərbaycan xalqı hər zaman öz ənənələrinin keşiyindədir

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva “Yeni  Azərbaycan”a açıqlamasında bildirib ki, milli dəyərlər hər bir xalqın kimliyini, ruhunu və mənəviyyatını yaşadan əsas sütunlardandır. Tarixə, ədəbiyyata, mədəniyyətə, adət-ənənələrə söykənən bu dəyərlər nəsillər arasında körpü rolunu oynayır. Zaman dəyişə, texnologiya inkişaf edə bilər, lakin milli dəyərlərin qorunması və təbliği daim prioritet olmalıdır. Bu baxımdan, Azərbaycan cəmiyyətində bu məsələyə yanaşma təkcə bir ictimai məsuliyyət deyil, həm də strateji və milli təhlükəsizlik məsələdir. Milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi önə çıxır: “Bu istiqamətdə aparılan maarifləndirmə və təbliğat isə hər zaman özünü müsbət tərəfdən göstərməkdədir. Tarixi yaddaş olduqca vacib amildir. 44 günlük müharibə günlərində bir daha şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz milli kimlik, milli yaddaş amili mühüm əhəmiyyət daşıyır. Zəfərin qazanılmasında rolu olan amillər sırasında milli dəyərlərin təbliğinin rolu danılmazdır. Vətənə sevgi, torpağa bağlılıq, şəhidlik anlayışına yüksək münasibət, birliyi və həmrəyliyi təşviq edən milli düşüncə əsgərlərimizə güc verdi. Gənc nəsil yalnız texniki hazırlıqla deyil, həm də mənəvi-ideoloji baxımdan yetişdirildi. Əsgərlərimiz döyüş meydanına cənab Prezidentimizin müəllifi olduğu “Qarabağ Azərbaycandır!” şüarı ilə atılır, şəhid olmağı Vətən üçün ən uca zirvə kimi qəbul edirdilər. Bu isə məhz illərlə formalaşdırılan milli dəyərlərin, vətənpərvərlik ruhunun nəticəsi idi. Yəni bu müharibə yalnız silahlarla deyil, ruhla, milli kimliklə qazanıldı. Məhz milli dəyərlərimiz bizi qələbəyə aparan yolda birləşdirən ideoloji əsas oldu”.

Millət vəkili qeyd edib ki, milli dəyərlərin təbliği dövlətin strateji fəaliyyət sahəlırindən biridir. Dövlət siyasətində milli dəyərlərin təbliği xüsusi yer tutur. Azərbaycan dövləti bu istiqamətdə kompleks addımlar atır: “Təhsil proqramlarında milli-mənəvi dəyərlərin təbliği, milli bayramların, tarixi günlərin təntənəli şəkildə qeyd olunması, dövlət dəstəyi ilə film, kitab və sənədli layihələrin hazırlanması bunun nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə milli ideologiyanın vacibliyini vurğulayıb, “Biz milli köklərə əsaslanaraq müasir cəmiyyət qururuq” fikri ilə bu istiqamətdə konseptual yanaşma sərgiləyib. Dövlətin mədəniyyət, təhsil və informasiya siyasətində milli dəyərlərin mərkəzi yer tutması təkcə daxili siyasətin deyil, həm də xarici mədəni diplomatiyanın ayrılmaz hissəsinə çevrilib”.

Ü.Həmzəyeva onu da bildirib ki, bu gün Azərbaycan cəmiyyətində milli dəyərlərin təbliği sistemli və yüksək səviyyədə həyata keçirilir. “Eyni zamanda, işğaldan azad olunmuş bölgələrdə milli irsin canlandırılması istiqamətində görülən işlər bu siyasətin davamlılığını göstərir. Gənc nəslin bu istiqamətdə maarifləndirilməsi, milli qəhrəmanların tanıdılması, folklorun və xalq sənətinin təşviqi ölkənin mənəvi təhlükəsizliyinin əsas dayağıdır. Nəticə etibarı ilə, milli dəyərlərin təbliği yalnız keçmişə sədaqət deyil, həm də gələcəyin möhkəm bünövrəsidir. Qələbə ruhunu yaşadan, milli kimliyimizi qoruyan, gənc nəslə vətən sevgisini aşılayan bu dəyərlər hər birimizin gündəlik fəaliyyətində öz əksini tapmalıdır. Dövlət və cəmiyyət olaraq bu amilə xüsusi önəm vermək, gələcək nəsilləri bu ruhda yetişdirmək bizim tarix və şəhidlərimiz qarşısında borcumuzdur”, deyə Milli Məclisin üzvü əlavə edib.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri