Icma.az
close
up
RU
Milli dillər tarixin xalqlara vurduğu ilahi möhürdür

Milli dillər tarixin xalqlara vurduğu ilahi möhürdür

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

21 Fevral Beynəlxalq Ana Dili Günüdür

UNESCO 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə ana dilinin qorunması uğrunda həyatlarından keçmiş mübarizlərin şərəfinə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Artıq 27 ildir dünya xalqları 21 fevralı ana dillərinə sevgi və sayğı əlaməti olaraq qeyd edir.

1952-ci ilin həmin günündə bu ölkənin Benqal şəhərində öz ana dilinin rəsmi stastus alması tələbi ilə çıxış edən tələbələrin nümayişi yatırılarkən bir neçə tələbə qətlə yetirilib. Bu ölkədə milli varlığın yaşadılması uğrunda mübarizə timsalına çevrilmiş benqal dil mücahidləri Abdus Salam, Rafiq Uddin Əhməd, Abul Barkat, Abdul Cabbar və digərlərinin xatirəsinə abidə ucaldılıb. Hər il abidə önündə müxtəlif anım mərasimlərinin keçirilməsi ənənə halı alıb. Hazırda dünyanın bir sıra şəhərində, o cümlədən Naxçıvanda və Mingəçevirdə Ana dili abidələri var. Xaçmazdakı abidə isə “Ana dili müəllimi” adlanır.

Hər bir millətin maddi-mənəvi irsinin rasportu olan dil özünəməxsusluğu qoruyan varlıq nişanıdır. Onun dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu amil milləti millət olaraq təsdiqləyir.

Azərbaycan dilinin rəsmi dövlət dili statusuna yüksəlməsi yolu heç də asan olmayıb, zaman-zaman basqılara məruz qalıb. Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin tarixi hadisədən artıq 108 il ötür.

Sovet dövründə isə Azərbaycan SSR Ali Sovetinin 1956-cı il qərarı ilə müttəfiq respublikamızın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, ulu öndər Heydər Əliyevin bu yöndəki yorulmaz səyləri müsbət nəticə verib. Rus dilinin müttəfiq respublikalarda hegemon roluna, Kremlin çox ciddi təzyiqlərinə baxmayaraq, Ümummilli liderimizin sarsılmaz iradəsi ilə Azərbaycan Konstitusiyasında (1978-ci il) ana dilimiz ayrıca maddədə dövlət dili kimi təsbit edilib. Bununla da dahi şəxsiyyət gələcək müstəqil dövlətçiliyimizin milli atributlarından birini məharətlə rəsmiləşdirə bilib. Heydər Əliyev ölkə rəhbərliyinin 2-ci dönəmində bu uzaqgörən siyasəti daha da dərinləşdirib.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun (2002-ci il) qəbul edilməsi ana dilinin hərtərəfli tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində tarixi bir addım olub.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilən tədbirdəki nitqində milli inkişafın mühüm istiqamətləri ilə yanaşı, milli dövlət dilinin qorunması məsələlərinə xüsusi diqqət yetirib. Dövlət başçısının həmin fikirləri və qarşıya qoyduğu vəzifələr fundamental tezislərdən ibarət “Yol xəritəsi” kimi qəbul edilir.

Yubileydən sonra - dekabrın 8-də Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib və dilin qorunması, inkişafı strategiyaları müzakirə edilib, bu yöndə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələri müəyyənləşdirilib. Göründüyü kimi, bu vacib məsələlər Milli Məclisin də daim diqqət mərkəzindədir və parlamentin dəstəyi strateji qərarların uğurlu şəkildə həyata keçirilməsini təmin edir.

Qeyd-şərtsiz qorunmalı olan təmiz dil siyasəti ölkə rəhbərliyi səviyyəsində uğurla həyata keçirilir və bu gün ana dilinin qorunması, ədəbi dil normalarının müasir texnologiyalara inteqrasiyası idarəetmənin prioritet istiqamətləri sırasındadır. Dövlət başçısının “biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikirləri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir. Azərbaycan dilinin qarşısında çağdaş dünya dinamikasından irəli gələn yeni, mühüm hədəflər durur. Dilimizin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s. bu sıradandır.

Onu da qeyd edək ki, ötən ay Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb ki, bu sənəd, əsasən, Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət, mədəni irs kimi əsas sahələri əhatə edir. Başlıca hədəflərdən biri də birləşdirici amil kimi Azərbaycan dilinin Qafqazda regional rolunun bərpasına nail olmaqdır. Təşkilatlanmış mədəni iştirakçılıq respublikamızın regional maraqlarının səmərəli şəkildə təmin edilməsində və qonşu ölkələrlə dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayacaq.

AMEA-nın prezidenti İsa Həbibbəyli deyib ki, Azərbaycan dili ilə bağlı problemlər var və bunun həlli ümummilli məsələdir. Akademik qeyd edir ki, Prezident İlham Əliyev beynəlxalq leksikonda yer alan və dünyada qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan dilinə gətirilməsini “ya səhv, ya təxribat və ümumiyyətlə, qəbuledilməz” kimi qiymətləndirib. Bu mövqe Azərbaycan alimləri, tədqiqatçıları, müəllimləri və ziyalıları üçün dilin qorunması istiqamətində aydın çağırışdır.

AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fəaliyyəti genişdir. Hazırda yeni orfoepiya lüğəti hazırlanır. Texnoloji tərəqqi olmadan ümumi inkişaf mümkünsüzdür. Odur ki, süni intellekt, kibertəhlükəsizlik sahəsinin yenilikləri hərtərəfli tətbiq edilir. Tarix İnstitutu yeni atlas xəritələr hazırlayır ki, burada, həmçinin sovet dövründən əvvəlki Azərbaycan ərazilərinin adları əks olunacaq. Reklam bazarında, efirlərdə, dərsliklərdə bəzən alınma kəlmələrdən lazım gəldi-gəlmədi istifadə edilməsinin qarşısı qətiyyətlə alınmalıdır. Müvafiq qurumların bu məsələni daim gündəmdə saxlaması, ilk növbədə mənəvi borcdur.

Prezident İlham Əliyev aforizm səciyyəli “Dilini itirən millətini itirər” fikri ilə dilin qorunmasını siyasi çağırışdan çox, milli məsuliyyət səviyyəsinə qaldırıb. Dövlət başçısının “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri də həm xəbərdarlıq, həm də gələcək nəsillər üçün əsl tövsiyədir.

Özünü savadlı göstərən kimlərinsə cəfəng mülahizələrlə ana dilimizi başqa dillərin törəmə strukturuna çevirmək cəhdləri, nitqimizdə oturuşmuş bir sıra sözlərdən imtina çağırışları olduqca zərərli və təhlükəlidir. Azərbaycan dili xalqımızın taleyinin, mənəviyyatının, ruhunun saxlancıdır. Bu “xəzinə”ni qorumaq təkcə dilçi alim, yazıçı və jurnalistlərin deyil, hər bir vətəndaşın gündəlik borcudur. Hazırkı qloballaşma dövründə ana dilinin saflığının qorunması məxsusi milli mövqe nümayişi olmalıdır. Gənclərin kütləvi efirlərdə, sosial mediada ana dilində yazı qaydalarına riayət etməsi, musiqiçilərin mahnı mətnlərində “şikəst” ifadələrə yol verməməsi dil saflığı mücadiləsinin aksiomu sayılmalıdır. Dövlət başçımız vurğulayıb ki, biz başqa dillərin inkişafına qarşı deyilik, amma öz dilimiz – öz kimliyimiz yad sözlərin əsarətində qalmamalıdır.

Bəli, zəngin Azərbaycan dilinə qayğı, onun “alaq otları”ndan, neqativ təsirlərdən təmizlənməsi gələcəyimizin, milli kimliyimizin qorunması deməkdir. Bu həm dövlət siyasəti, həm də mənəvi missiyadır.

Əli ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri