Milli diplomatiya hər xalqın milli gücünün beyni hesab edilir
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hər bir ölkənin xarici siyasəti onun beynəlxalq münasibətlərdəki yerini və rolunu müəyyən edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, bu mənada Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticə etibarilə beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunu, yerini və nüfuzunu təyin edib: "Amma xarici siyasətin funksiyası çox dərindir. Əldə etdiyimiz tarixi Zəfərin qorunması və tarixi Zəfərimizə qədər gələn diplomatik siyasi fəaliyyət heç şübhəsiz ki, qələbəmizin əldə olunmasında, onun hüquqi bazasının formalaşmasında, onun qorunub saxlanılmasında mühüm rol oynayıb. Bu mənada milli diplomatiya hər bir xalqın milli gücünün beyni hesab edilir. Əgər başqa milli güc komponentləri varsa, milli diplomatiya xarici siyasət üçün milli resursları səfərbər edə bilmirsə, burada natamamlıq əmələ gəlir.
Beləliklə, uğurlu xarici siyasətdən və uğurlu beynəlxalq münasibətlərdən danışmaq olmur. Bu mənada Azərbaycan Prezidentinin həyata keçirdiyi fəaliyyət, xarici siyasət kursu beynəlxalq münasibətlərin aktları ilə əməkdaşlıq və onlardan təyin edilən davranış qaydası məhz milli gücümüzün potensial gücdən real gücə çevrilməsinə gətirib çıxarıb ki, bu da hazırkı qüdrətli Azərbaycanın yerini, rolunu, beynəlxalq münasibətlər sistemində təyin edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Dekabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















